Skip to content
15 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 426)
  • Dünya (3. 369)
  • Gündəm (11. 754)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Yaxşı olardı ki, Ermənistan dörd minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirsin”

“Ermənistan Ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, həmin ölkənin ənənəvi siyasətinə məxsus
Cavidan 7 Oktyabr, 2022

“Ermənistan Ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, həmin ölkənin ənənəvi siyasətinə məxsus yalan məlumatlarla dünya ictimaiyyətinin çaşdırılmasına yönəlik növbəti addımıdır”.

Bu barədə Ombudsman Aparatının yaydığı bəyanatda deyilir: 

“Bununla bağlı bildiririk ki, Ombudsman Səbinə Əliyeva və Aparatın nümayəndələri beynəlxalq konvensiyaların tələbləri rəhbər tutulmaqla erməni əsirlərə və azad edilmiş ərazilərimizdə saxlanılaraq istintaqa təhvil verilmiş hərbi dəstə üzvlərinə bir neçə dəfə baş çəkiblər. Həmin başçəkmələr zamanı milli qanunvericiliyə və beynəlxalq hüquqa əsasən malik olduqları hüquqlar əsirlərə öz dillərində izah edilib. Həmin Ermənistan vətəndaşları saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Habelə onlar üçün beynəlxalq standartlara uyğun səviyyədə tibbi xidmətin təşkil olunduğu, ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa şərait yaradıldığı müəyyən edilib. Ombudsmanın bu başçəkmələri ilə əlaqədar beynəlxalq təşkilatlara hesabatlar da təqdim olunub.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ermənistanın cari ilin sentyabrın 12-də başlatdığı son genişmiqyaslı təxribatlardan sonra əsir düşmüş erməni hərbi qulluqçulara da başçəkmə keçirilib, onlara hüquqları izah edilib. Fərdi şəkildə qəbul edilmiş həmin şəxslər də saxlanma şəraiti və rəftardan narazılıq etməyiblər.

Ombudsmanın həyata keçirdiyi başçəkmələrin nəticələrinə əsasən Azərbaycanda Ermənistan əsirlərinə münasibətdə beynəlxalq humanitar hüququn tələblərinə uyğun insani yanaşma sərgiləndiyi müşahidə edilib.

Əsirlər Ermənistana qaytarıldıqdan sonra isə Azərbaycanda onlara qarşı işgəncələrin olması, habelə bəzi şəxslərin əsir və girov götürülərək qətlə yetirilməsi kimi yanlış iddiaların tirajlanmasını dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi cinayətlərdən yayındırmaq cəhdi kimi qiymətləndiririk.

Qeyd etmək istərdik ki, hələ Vətən müharibəsinin gedişində tərəfimizdən erməni əsirlərin hüquqlarının təmini vəziyyətinin monitorinqi məqsədilə bu cür başçəkmələr keçirilsə də, xüsusilə Azərbaycanın yaralı hərbi əsirlərinə qarşı qeyri-insani münasibət göstərildiyini sübut edən videoların yayılmasından sonra belə Ermənistanın Ombudsman təsisatı tərəfindən həmin şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi üçün bir dəfə də başçəkmə keçirilmədi.

Buna baxmayaraq, Ermənistan əsirliyində olmuş hərbi qulluqçularımız və 2014-cü ildən Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərov ölkəmizə qaytarıldıqdan dərhal sonra Azərbaycan Ombudsmanı onlarla görüş keçirib və fərdi söhbətlər zamanı həmin şəxslər bir sıra işgəncə hallarına, qəddar və qeyri-insani davranışa məruz qaldıqlarını bildiriblər. İfadələrdə əsirlikdə olduqları müddətdə onlara lazımi tibbi xidmətin göstərilməməsi, tibb heyəti tərəfindən qeyri-insani münasibətə məruz qalmaları da

qeyd olunub. Bu faktlar sənədləşdirilməklə Ombudsman tərəfindən hesabat şəklində hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib. Bundan başqa, adıçəkilən iki azərbaycanlı mülki şəxslə bərabər işğal altında olmuş Kəlbəcərdə girov götürülmüş və ermənilər tərəfindən ağır işgəncələrə məruz qalaraq qətlə yetirilmiş Həsən Həsənovla bağlı ekspertiza rəyi və reallığı əks etdirən fotolar da həmin hesabata əlavə edilmişdir.

Eyni zamanda, müharibə dövründə azərbaycanlı əsirlərə işgəncə verilməsi, cəsədlərin zorakılığa məruz qalması, yandırılması, təhqir edilməsi halları ilə bağlı da həm kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış, həm də əldə edilmiş digər sübutlara əsaslanan materiallar da tərəfimizdən dəfələrlə diqqətə çatdırılmışdır. Bununla bağlı məlumatlar mütəmadi olaraq Ombudsmanın rəsmi internet səhifəsi, sosial şəbəkə hesabları və mətbuatda işıqlandırılmış, hazırlanmış hesabatlar aidiyyəti beynəlxalq ünvanlara təqdim edilmişdir.

Onu da xatırlatmaq istərdik ki, Ermənistan tərəfi bugünədək Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş dörd minə yaxın azərbaycanlı ilə bağlı məlumat verməkdən yayınır. Həmin şəxslərin məruz qaldıqları işgəncələrə dözməyərək vəfat etməsi, qətlə yetirilməsi, kütləvi şəkildə dəfn edilməsinə dair sübutlar vardır. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi, orada dəfn edilmiş mülki şəxslərin və hərbçilərin işgəncəyə məruz qaldığını təsdiq edən faktlar da bunun bariz göstəricisidir.

Bu baxımdan, çoxsaylı cinayət əməllərinə yol vermiş və hələ də bu halları davam etdirən Ermənistan tərəfinin erməni əsirlərə qarşı Azərbaycanın humanist rəftarını əksinə təqdim etməyə cəhd göstərməsini bir daha Ermənistanın hər zaman olduğu kimi həqiqətləri təhrif etməklə dünya ictimaiyyətini çaşdırmaq və törətdiyi cinayətləri gizlətmək cəhdi kimi qiymətləndiririk.

Yaxşı olardı ki, Ermənistan Ombudsmanı bu cür yanlış məlumatlar yayaraq dünya ictimaiyyətini çaşdırmaq, Azərbaycan Ombudsmanının hesabatlarını plagiatlaşdırmaq əvəzinə dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə çalışsın, bununla da, sülhə və insan hüquqlarının təmininə dəstək versin”.

Continue Reading

Previous: Lukaşenko Putinə ad günündə traktor hədiyyə etdi – Foto
Next: Jurnalistlər üçün müsabiqə elan edildi

Bölmənin digər xəbərləri

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
  • Cəmiyyət

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

15 May, 2026
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
  • Dünya

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
  • Dünya

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15 May, 2026

Top 7 Xəbər

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır 1

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

15 May, 2026
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 2

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026
Tramp iki günlük səfərindən sonra Çini tərk edib 3

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15 May, 2026
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib 4

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

15 May, 2026
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 5

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

15 May, 2026
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb 6

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

15 May, 2026
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək 7

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

15 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 426)
  • Dünya (3. 369)
  • Gündəm (11. 754)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9426) Dünya (3369) Gündəm (11754) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır 15 May, 2026
  • BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 15 May, 2026
  • Tramp iki günlük səfərindən sonra Çini tərk edib 15 May, 2026
  • İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib 15 May, 2026
  • Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 15 May, 2026
© Addim.az | MoreNews by AF themes.