Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Müslümovun oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı
  • Cəmiyyət
  • Gündəm

Müslümovun oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı

Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə
Cavidan 4 Oktyabr, 2022
selim_copy (1)

Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yoxlama aparılıb. Məlum olub ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmlaklardan yalnız birini öz adına rəsmiləşdirib. O, mülklərini əsasən, övladları və yaxın qohumlarının adına alıb. Həmin qohumlar arasında Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu da olub.

Qiymətləndirmə zamanı məlum olub ki, Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18,605,500 manatdır. Həmin əmlakların siyahısını təqdim edirik:

Səlim Müslümovun öz mülkiyyətində:

  • Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyatov prospektində mənzil (140.000 manat)

Oğlu Turqay Müslümlünün mülkiyyətində:

  • Bakı şəhəri Binəqədi r-nu Z.Bünyatov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350.000 manat)

Oğlu Asim Müslümlünün mülkiyyətində:

  • Bakı şəhəri Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450.000 manat)
  • Bakı şəhəri Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926.250 manat)

Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:

  • Bakı şəhəri Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5.000.000 manat)

Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində olan:

  • Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində ev (389.250 manat)
  • Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4.000.000 manat)
  • Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900.000 manat)

Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:

  • Ağsu şəhərində yerləşən 8 hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-ya aid istixana (1.500.000 manat)

Qaynı Ağaxan Xasayevin mülkiyyətində:

  • Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 3 mərtəbəli sahəsi 2000 kv.m olan qeyri yaşayış sahəsi (2.300.000 manat)
  • Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 2 mərtəbəli sahəsi 1650 kv.m olan qeyri yaşayış sahəsi (2.000.000 manat)
  • Bakı şəhəri Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi (650.000 manat).

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiya və Türkiyə qazla bağlı hazırda hansı məsələni müzakirə edir?
Next: Zelenski Rusiya ilə danışıqların mümkünsüzlüyünə dair sərəncam imzaladı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 012)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək Screenshot 2026-07-13 091335 1
  • Siyasət

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək

13 İyul, 2026
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 2
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 3
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 4
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 5
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3012) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.