“Ermənistan növbəti saxta ittihamla çıxış edib”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb.
“İrəvan eyni ssenarini təkrarlayır. Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edir”, – deyə o əlavə edib.
XİN rəsmisi qeyd edib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.