Skip to content
15 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 422)
  • Dünya (3. 367)
  • Gündəm (11. 750)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Xəzər TV”yə xəbərdarlıq edildi

Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib. Bu barədə Şuradan məlumata verilib. Qeyd olunub ki, Audiovizual Şuranın onlayn formatda
Cavidan 26 Sentyabr, 2022

Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib.

Bu barədə Şuradan məlumata verilib.

Qeyd olunub ki, Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.

İclasda ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-nin “Xəzər TV” redaksiyasının (kanalının) efirində 22.09.2022-ci il tarixdə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.12-ci maddəsinin tələbinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, “Xəzər TV” televiziya redaksiyasının “Xəbər ertəsi” proqramında 22 sentyabr 2022-ci il tarixdə saat 09.14 – 09.22 arası Binə qəsəbəsində yaşayan bir ailənin evində baş verməsi iddia olunan paranormal hadisələrlə bağlı süjet yayımlanıb.

Bu xəbərin yayımlanması zamanı redaksiyanın müxbiri aşağıdakı fikirləri səsləndirib: “Qəribə varlıqlar əşyaların yerini dəyişir, evi daşlayır, qabları sındırır, qorxulu səslər çıxarır…biz də 10-15 dəqiqədir ki, artıq evin içindəyik və bir neçə hadisəni görürük. Bizim burada olduğumuz müddətdə qənd, daş və digər cisimlər atıldı. İndicə elə telefonu bura atdılar”.

Daha sonra süjetdə “Mən sizə əzab çəkdirəcəm. Ən sonda ehtiyacım olanı alıb gedəcəm” yazısı olan kağız nümayiş etdirilib ki, müxbir ev yiyəsinin bu yazının hansısa varlıqlar tərəfindən yazıldığını iddia etdiyini deyib.

Bundan başqa süjetdə ezoterik, ekstrasens kimi təqdim edilən Zirəddin Rzayev adlı şəxsin fikirlərinə də yer verilib: “Bu kimi hallar tez-tez baş verir. Tarixdə görünən hallardır. Bəzən paralel aləmdən insanların beyinlərinə təsir edərək, doğmalarına, adamlara xəsarət yetirirlər, paltarlarını kəsirlər…bu cür halların qarşısının alınması insanların dini inanclarına bağlıdır”.

Efirdə bu cür reportajların yayımlanması ilə yanaşı həmin reportajda baş verməsi iddia olunan paranormal hadisəyə redaksiyanın (hazırki halda müxbirin) faktı doğrulayan, təsdiq edən münasibəti, eyni zamanda özünü ekstrasens kimi təqdim edən şəxsin fikirlərinə yer verilməsi yayımçı tərəfindən parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə imkan yaradılması hesab olunur və bununla da “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbi pozulur.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü televiziya yayımçısı olan “Xəzər TV” MMC-yə (“Xəzər TV” televiziya redaksiyası) belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib

Continue Reading

Previous: Bu jurnalistlər Media Reyestrinə daxil edilməyəcək
Next: Bu gün Azərbaycanda Anım Günüdür

Bölmənin digər xəbərləri

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

15 May, 2026
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq
  • Dünya

Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq

15 May, 2026
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
  • Cəmiyyət

Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir

14 May, 2026

Top 7 Xəbər

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək 1

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

15 May, 2026
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq 2

Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq

15 May, 2026
Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir 3

Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir

14 May, 2026
Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır 4

Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır

14 May, 2026
Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 5

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

14 May, 2026
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb 6

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

14 May, 2026
Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL 7

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL

14 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 422)
  • Dünya (3. 367)
  • Gündəm (11. 750)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9422) Dünya (3367) Gündəm (11750) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək 15 May, 2026
  • Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq 15 May, 2026
  • Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir 14 May, 2026
  • Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır 14 May, 2026
  • Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 14 May, 2026
© Addim.az | MoreNews by AF themes.