Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ətin qiymətində növbəti artım – bahalaşma davam edəcək …
  • Cəmiyyət
  • Gündəm

Ətin qiymətində növbəti artım – bahalaşma davam edəcək …

Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər
Cavidan 23 Sentyabr, 2022
et1663904901

Azərbaycanda əhalinin avqustda əsas istehlak səbətinə daxil olan ətin qiymətləri yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.

Məlumata görə, avqust ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 11.35 manatdan 11.68 manata qalxıb. Beləliklə, aylıq 2.9% bahalaşmadır ki, bu da 2017-ci ilin martında qeydə alınmış aylıq 6.9%-lik bahalaşmadan sonra ən yüksək göstəricidir. Sümüksüz mal ətinin bir kq-nın qiyməti isə 13.55 manatdan 13.81 manata (2%) yüksəlib. Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 2% bahalaşma ilə 13 manatdan 13.28 manata qədər bahalaşıb. Toyuq ətində bahalaşma bir qədər az olub. Avqust ayında cəmi 0.4%-lik bahalaşma ilə 5.65 manat/kq təşkil edib. Kolbasanın qiyməti 0.8% artımla 13.19 manat/kq, sosiska isə 0.8% artımla 13.19 manat/kq olub.

Onu da nəzərə çatdıraq ki, son bir neçə gündür dana ətinin qiymətində bahalaşma müşahidə edilir. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.

Satıcılar deyir ki, artım son 1 həftədə baş verib. Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub. O da qeyd edilir ki, ətin qiymətinin bahalaşmasına bir səbəb də rayonlarda danaların bahalaşmasıdır. Bununla belə, qıtlıq davam edərsə, qiymətlərin daha da artacağı istisna edilmir.

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Son iki gündə toyuq ətinin qiymətində 10 faiz bahalaşma müşahidə olunur. Bu da onunla əlaqədardır ki, toyuq əti ölkəmizə əsasən idxal olunur. Toyuq əti əsasən Ukraynadan idxal olunurdu. Son iki gündə toyuq əti ilə bağlı problem yarandığından bahalaşma müşahidə edilir. Sözsüz ki, bu da zəncirvari olaraq toyuq məhsullarının bahalaşmasına da təsir göstərəcək. Mal ətinin bahalaşması realda statistik göstəricilərdən artıqdır. Təqribən 10 faiz artım var. Bu da müəyyən səbəblərlə bağlıdır. Belə ki, yemin qiyməti bahalaşır. Bu da özünü ətin bahalaşmasında göstərir. Hesab edirəm ki, növbəti aylarda mövsümlə əlaqədar, eləcə də Rusiyada səfərbərliyin elan edilməsi ilə bağlı heyvan yemi  bahalaşa bilər. Sözsüz ki, bu da ətin qiymətinə təsir edə bilər. Onu da qeyd edim ki, mövsümlə əlaqədar qış ayları gəlir, bu da təbii yemin azalmasına səbəb olacaq. Sözsüz ki, fermerlər yemi kənardan əldə etməyə məcbur olacaqlar. Burada saman, quru otla bağlı qiymətin bahalaşmasını nəzərdə tuturam. Bu, sözsüz ki, ətin qiymətinin bahalaşmasına təsir edə bilər. Əlbəttə, bu, digər sektorlara da təsir edə bilər. Bunun qarşısını almaq üçün sahibkarlar tərəfindən digər alternativ təchizat kanalları axtarılmalıdır. Həmçinin daxili yemlik istehsalını artırmalıyıq və idxaldan asılılığı azaltmalıyıq”.

İqtisadçı ekspert Natiq Cəfərli mediaya açıqlamasında ətin qiymətinin qalxmasının səbəblərini belə izah edib: “Hökumətin plansız pambıq sevdası örüş yerlərini, yem bazasını azaltdı. İlin əvvəlində hökumət dizelin qiymətini 34% artırmaqla aqrar sektorda dalğavari qiymət artımına start verdi. Yem qiymətləri 40-50% civarında bahalaşıb, yazıq fermer necə qiymət artırmasın. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər. Toyların bərpası, bayramlar tələbatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu. Bu sistemlə, belə iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq, yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq. 5 il əvvəl dediklərimiz indi olursa, indi yazdıqlarımın təsdiqini də hər il görəcəksiniz”.

Buta.ws

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Deputatlar AzTV-ni TƏNQİD ETDİLƏR
Next: Azərbaycana payız gəldi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.