Skip to content
22 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 133)
  • Gündəm (10. 896)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Vəziyyət ürəkaçan deyil” – DYP-dən MÜRACİƏT

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı ictimaiyyətə müraciət edib. İdarəsinin
Cavidan 12 Oktyabr, 2021

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı ictimaiyyətə müraciət edib.

İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:

“Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir ki, bu da bizi, eləcə də ictimaiyyəti ciddi şəkildə narahat edir.

Aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində bizə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edirik. Hər birimiz yol hərəkətinin iştikaçısıyıq. Yol hərəkəti təhlükəsizliyinin təminatı aidiyyət qurumların fəaliyyət istiqaməti olmaqla yanaşı, cəmiyyətin bütün üzvlərinin həyatının bir hissəsidir”.

“Gəlin, bir-birimizə qarşı laqeyd olmayaq, yol hərəkəti təhlükəsizliyi marafonuna qoşulaq! Bütün gücümüzü səfərbər etməklə həmrəylik nümayiş etdirək. Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinə dair istənilən təbliğat-təşviqat xarakterli təşəbbüsü öz səlahiyyətləri və imkanları çərçivəsində dəstəkləyir və bu sahədə ictimai məsuliyyət hissinin formalaşdırılmasına töhfə vermək istəyən hər bir şəxsə tam dəstəyini verməyə hazırdı”, – o vurğulayıb.

Continue Reading

Previous: Lerik-Kəlvəz yolunda qaya UÇDU
Next: Respublika üzrə bütün pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Bölmənin digər xəbərləri

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib
  • Cəmiyyət

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

21 Yanvar, 2026
ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib
  • Cəmiyyət

ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

21 Yanvar, 2026
Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib
  • Cəmiyyət

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026

Top 7 Xəbər

Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq? 1

Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq?

21 Yanvar, 2026
Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur 2

Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur

21 Yanvar, 2026
Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 3

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

21 Yanvar, 2026
ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 4

ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

21 Yanvar, 2026
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 5

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 6

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 7

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 133)
  • Gündəm (10. 896)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8722) Dünya (3133) Gündəm (10896) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2925) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq? 21 Yanvar, 2026
  • Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur 21 Yanvar, 2026
  • Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 21 Yanvar, 2026
  • ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 21 Yanvar, 2026
  • Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.