Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 457)
  • Dünya (3. 045)
  • Gündəm (10. 578)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Sərhəddəki genişmiqyaslı döyüşlər: Azərbaycanın qazancları, ərazi nailiyyətləri, proqnozlar – TƏHLİL

Azərbaycan-Ermənistan sərhədində baş verən şiddətli toqquşmaların səbəblərinə sırf hərb parametrləri ilə yanaşanda və yayılan videoları analiz edəndə ortaya
Cavidan 14 Sentyabr, 2022

Azərbaycan-Ermənistan sərhədində baş verən şiddətli toqquşmaların səbəblərinə sırf hərb parametrləri ilə yanaşanda və yayılan videoları analiz edəndə ortaya aydın bir mənzərə çıxır: Təxribatları məhz Ermənistan başlayıb.

Videolardan görünür ki, Ermənistan sərhədə qoşun cəmləşdirir, döyüş mövqelərini gücləndirir və bununla təxribatların növbəti müəllifinə çevrilmək cəhdini meydana qoyur.

Azərbaycan hərbi-siyasi və diplomatik-siyasi kanallarla Ermənistana açıq və ya ictimaiyyətə açıqlanmayan xəbərdarlıqlarla çıxış edirdi, ancaq rəsmi İrəvanın daxilindəki fikir ayrılıqları səbəbindən ordu sərhədə cəmləşdirildi.

Amma səbəblərdən asılı olmayaraq baş verənlərin məsuliyyəti Ermənistan dövlətinin boynundadır və Azərbaycan Ordusunun erməni mövqelərini darmadağın etməsinin, 200-ə yaxın erməni əsgərini, taktiki dərinlikləri məhv etməsinin təqsiri İrəvandadır.

Ermənistanın təxribatlarının hərbi xüsusiyyətlərinin perspektiv üçün aça biləcəyi təhdid fonu Azərbaycan üçün qəbuledilməz idi, çünki sərhəddən başlanan təhlükə sonradan daxildə əlavə risklər formalaşdıracaqdı.

Dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr tərəfindən pozulması, sərhəd mübahisələri və ya münaqişələrinin kəskinləşməsi ölkəni təhdid edən elementlərdir.

Azərbaycan buna görə də ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına təhdid ola biləcək hərəkətlərə silahlı müdafiə potensialı ilə cavab vermək zərurəti ilə qarşılaşdı.

Azərbaycan erməni provokasiyalarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla real və potensial təhdidlərin silah gücü ilə dəf edilməsinin, sərhədlərin Azərbaycan əleyhinə dəyişdirilməsi cəhdlərinə hərb variantı ilə cavab verilməsinin örnəyini ortaya qoydu.

Bu, Ermənistanın mənəvi və fiziki himayədarı olan ölkələrə də tutarlı bir mesajdır və onlar da dərs çıxarmalıdırlar.

Ermənistan kiməsə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməyəcəyini anladı və onu da başa düşdü ki, əksinə, Bakı sərhəd məsələlərində də qətiyyətlidir.

Azərbaycan yeddi saat davam edən hərbi əməliyyatlarda 50 şəhid verib, Ermənistanın itkiləri isə bütün parametrlər üzrə dəfələrlə çoxdur.

Ermənistanın döyüş mövqeləri, sığınacaqları, xeyli sayda hərbi texnikası, 200-ə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib.

Ermənistan sərhəd zonasına “S-300” hava hücumundan müdafiə sistemləri də yerləşdirmişdi, bunun özü də onun əlamətidir ki, ermənilər döyüş planı hazırlayıb və onu icra etməyə girişiblər, gözlənilən mümkün raket zərbələri zamanı isə həmin müdafiə sistemlərini işə salacaqdılar. Ancaq Azərbaycan həmin sistemləri də dəqiq zərbələrlə sıradan çıxardı və bütün bunlar sonrakı eşelon üçün Ordumuzun irəliləməsini sürətləndirdi.

Əməliyyatların keçirildiyi Laçın, Kəlbəcər, Daşkəsən mürəkkəb dağ relyefinə malikdir, bu zonada irəliləyiş də çətindir, lakin ordumuz bunu bacardı və Azərbaycanın aktivinə ərazi nailiyyətlərini də yazdı.

Beləliklə:

1. Azərbaycan həmin bölgələrdən Ermənistanın içərilərinə doğru bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Bununla da Ermənistan Azərbaycana real təhlükə yarada mənbələrin bir neçəsindən məhrum oldu;

2. Azərbaycan Ordusu 100 kvadratkilometr ərazini azad edib və bunu delimitasiya kontekstinə salacaq;

3. Azərbaycan hərbçiləri erməni hərbi-siyasi elitasının kurort məkanına çevrilmiş İstisu sanatoriyasına çox yaxın məsafədədirlər;

4. İrəvan-Gorus magistral yolu Azərbaycanın atəş nəzarəti altındadır.

PROQNOZLAR:

Azərbaycan təhlükəsizlik zolağı yaradacaq, yəqin ki, indi bununla bağlı danışıqlar gedir, nəticədə isə Azərbaycanın Ermənistan üzərində nüfuz dairəsi yaranır.

İrəvan-Gorus yolunun nəzarətə götürülməsi Ermənistan üzərində hərbi-siyasi təsirlərlə yanaşı, iqtisadi təzyiqləri də artıracaq. Çünki Ermənistanın daxili təminat arteriyası kəsiləcək. Bu, Azərbaycanın bufer zonaya dair tələblərinin icra edilməsini asanlaşdıracaq.

Bu, Azərbaycanın Ermənistan magistrallarında ikinci nəzarət zonasını (birinci Gorus-Qafan yolunun 21 kilometrlik hissəsidir) ərsəyə gətirəcək.

Azərbaycan təhlükəsizlik zonasını sərhəddən çıxararaq Ermənistanın dərinliklərində bərqərar edəcək.

Continue Reading

Previous: Övladını cəmi üç gün görən şəhidimiz II Fəxri xiyabanda torpağa tapşırılır
Next: Azərbaycan Prezidenti: “Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir”

Bölmənin digər xəbərləri

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək
  • Dünya

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb
  • Cəmiyyət

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb

9 Dekabr, 2025
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
  • Cəmiyyət

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025

Top 7 Xəbər

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 1

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 2

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb

9 Dekabr, 2025
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 3

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025
Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 4

Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ

9 Dekabr, 2025
Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 5

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub

9 Dekabr, 2025
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 6

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

9 Dekabr, 2025
KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 7

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 457)
  • Dünya (3. 045)
  • Gündəm (10. 578)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8457) Dünya (3045) Gündəm (10578) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 9 Dekabr, 2025
  • Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 9 Dekabr, 2025
  • Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 9 Dekabr, 2025
  • Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 9 Dekabr, 2025
  • Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.