Skip to content
28 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Təhlükə haradan gəlir: Ermənistan, şimal, yoxsa cənub? – AKTUAL

“Azərbaycan Türkiyə və İsraillə IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex
Cavidan 12 Sentyabr, 2022

“Azərbaycan Türkiyə və İsraillə IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri çərçivəsində yeni silahların alınmasına dair müqavilələr imzalayacaq”.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi naziri Mədət Quliyev deyib.

Mədət Quliyev bildirib ki, Türkiyə, İsrail və Pakistan ilə əməkdaşlığın inkişafı Azərbaycanın hərbi-sənaye kompleksinin prioritet istiqamətidir.

“Bu gün dünyanın ən güclü silahları həm Türkiyədə, həm də İsraildə istehsal olunur. Türkiyə, İsrail və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq bizim prioritet istiqamətlərimizdir”, – Quliyev bildirib.

Beləliklə, söhbət təkcə daxili inkişafı gücləndirməkdən deyil, həm də Türkiyə və İsraildə yeni silahların alınmasından gedir. Belə çıxır ki, Azərbaycana nədənsə hələ də silahlanmaq lazımdır. Bu gün hətta ən məlumatsız insanlar da bilirlər ki, Cənubi Qafqazda hərbi-texniki mənada Azərbaycandan yaxşı təchiz edilmiş ölkə yoxdur. Belə olan halda ortaya sual çıxır: dövlətimizin xaricdən daha çox yeni silah almasına, arsenalını doldurmasına nə ehtiyacı var, bu nəyə lazımdır? Bunun Ermənistandan gələn bəzi potensial təhlükələrdən qaynaqlanması ehtimalı azdır. Belə olan halda, bu, şimaldan və cənubdan gələn mümkün təhlükələrə qarşı müdafiənin təmin edilməsi ilə bağlı ola bilərmi? Yoxsa bu gələcək satınalmaların arxasında başqa məqsədlər var? DİA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnformasiya və Analitika İdarəsinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazadə bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:

– İlk diqqət etdiyim məqam ondan ibarətdir ki, bu açıqlamanı Müdafiə Nazirliyinin nümayəndəsi deyil, Azərbaycanın hərbi-sənaye kompleksinə rəhbərlik edən Müdafiə Sənayesi naziri verib. İki növ alış var. Birincisi, silahın sadəcə alınıb istifadə edilməsi, vaxtaşırı onun üçün ehtiyat hissələrinin alınmasıdır. Amma elə müqavilələr də var ki, bu və ya digər növ silahla yanaşı, onun texnologiyaları da alınır. İndi biz Müdafiə Sənayesi nazirinin çıxışını araşdırdığımzdan, istisna etmirəm ki, gələcəkdə bu ölkələrlə müəyyən hərbi texnika modelləri üzrə Azərbaycanda ya birgə istehsal müəssisələri, ya da bəzi təmir müəssisələri yaradılacaq. Və birmənalı olaraq deyə bilərəm ki, bu silahların yerli analoqlarının hazırlanması üzərində işləyəcək konstruktor büroları olacaq. Hərbi-texniki sahədə belə əməkdaşlıq, prinsipcə, həm də hərbi sənaye kompleksinin inkişafıdır.

Mədət Quliyevin danışdığı əməkdaşlıq adi silah alışından daha geniş bir şeydir. Bu bir.

İkincisi, biz sadəcə silah alsaq belə, bu, Azərbaycana lazımdır. Çünki Ermənistanla bütün məsələlər tam həll olunmayıb. Azərbaycan ordusunda Rusiya silahının payı hələ də kifayət qədər böyükdür. Biz başa düşürük ki, bu silahlar get-gedə sıradan çıxacaq, onun təmiri, təminatı, satın alınması ilə bağlı məsələlər var. Rusiya isə sanksiyalar altındadır və sanksiyaların nə qədər davam edəcəyi məlum deyil. Yəni, ola bilər ki, Rusiya istehsalının əsas hissəsini təşkil edən artilleriya, zirehli texnika, aviasiya (demək olar ki, 80% Rusiya istehsalıdır) gec-tez elektronika, yüksək dəqiqlikli avadanlıqlar tələb edəcək. Biz isə sanksiyalar səbəbindən onları sadəcə olaraq Rusiyadan ala bilməyəcəyik.

Bu o deməkdir ki, biz artıq indidən bütün bunların analoqlarını və əvəzedicilərini gələcəkdə heç vaxt problem yaşamayacağımız ölkələrdə axtarmalıyıq. Ən azından görünən perspektivdə işə başlamalıyıq. Ehtiyat hissələri və təmir dəstlərini asanlıqla əldə edə biləcəyimiz yerlər aramalıyıq.

Üçüncü aspekt hərbi tarixdir. Ukrayna nümunəsinə əsaslanaraq xatırladaq ki, SSRİ dağıldığı zaman bu respublika ən çox silah ehtiyatına malik idi. Məsələn, Ermənistan, Azərbaycan və Gürcüstan ərazisində bir Zaqafqaziya hərbi dairəsi var idisə, Ukrayna torpaqlarında üç hərbi dairə var idi. Və hər üçü Avropaya zərbə vurmaq məqsədi daşıyırdı. Bu, İkinci Strateji Eşelon adlanan yer idi. Müvafiq olaraq, Ukrayna tanklar, artilleriya, təyyarələrlə doldurulmuşdu. Üstəlik, Qərb Qüvvələr Qrupunun Şərqi Almaniyadan, Polşadan çıxarılması başlayanda ağır, zirehli texnikanın əsas hissəsi SSRİ sərhədini keçərək Ukraynada dayandı. Silah o qədər çox idi ki, Ukrayna bu silahları demək olar ki, bütün dünyaya satırdı. Həm Afrikaya, həm Asiya ölkələrinə, həm də Avropanın bəzi dövlətlərinə. Biz də, gürcülər də onlardan alırdıq. Nəticədə, 2014-cü ilə qədər onların sadəcə silahları qalmamışdı. O zaman yaranan silah çatışmazlığı bu gün – 8 il sonra da hiss olunur. Onların sadəcə olaraq tankları çatışmır. Vaxtiləsə, silah bolluğu idi.

Bu nə deməkdir? O deməkdir ki, silahların alınması və müəyyən silah ehtiyatlarının yaradılması həmişə faydalı ola bilər.

Şimaldan və cənubdan Azərbaycana qarşı mümkün təhlükələrə gəlincə, mən hələ də bu istiqamətlərdən ölkəmizə genişmiqyaslı hücumun başlayacağı bir vəziyyəti təsəvvür edə bilmirəm. Amma onu da bilirəm ki, bir il bundan əvvəl Rusiyanın Ukraynaya hücum edəcəyi heç kimin ağlına belə gəlməzdi. Açıq şəkildə deyilməsə də, bütün dövlətlərin hərbi doktrinası bütün qonşulardan potensial zərbə gözləmək lazım olduğunu nəzərdə tutur. Yəni başa düşməliyik ki, şərti olaraq həm Türkmənistanın ərazimizə desant atması, həm də Gürcüstandan hücum əmri nəzərə alınır. Bütün bu ərazilərdə müəyyən müdafiə tədbirləri həyata keçirilməlidir. Silahlar da müvafiq olaraq poliqonlarda və ya dövlət sərhədi boyu hərbi hissələrdə yerləşdirilməlidir.

Continue Reading

Previous: Bu yollarda görmə məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ
Next: Yeni kralın bu hərəkətləri gündəm oldu – Video

Bölmənin digər xəbərləri

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək
  • Dünya

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
  • Cəmiyyət

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026

Top 7 Xəbər

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 1

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 2

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 3

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026
Məcnun Məmmədova iki yeni müavin təyin edilib 4

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

27 Yanvar, 2026
Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 5

Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır

27 Yanvar, 2026
Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb 6

Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb

27 Yanvar, 2026
Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub 7

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8761) Dünya (3152) Gündəm (10962) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 27 Yanvar, 2026
  • Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 27 Yanvar, 2026
  • Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 27 Yanvar, 2026
  • Məcnun Məmmədova iki yeni müavin təyin edilib 27 Yanvar, 2026
  • Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.