Skip to content
17 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 920)
  • Dünya (3. 198)
  • Gündəm (11. 163)
  • İdman (626)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 335)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 945)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Zakir Həsənov sərhəddəki təxribatların qarşısının alınmasını əmr etdi

Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə
Cavidan 10 Sentyabr, 2022

Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib.

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Hərbi qulluqçuların xidmət və məişət şəraiti, mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlərdən danışan Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Müdafiə naziri şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair tapşırıqlar verib.

Döyüş növbətçiliyi, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin şəxsi heyətin sağlamlığının qorunmasında mühüm rol oynadığını bir daha xatırladan nazir hərbi qulluqçulara bu qaydaların müntəzəm olaraq çatdırılmasını, həmçinin riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.

Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən tamamlanması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

Müşavirənin sonunda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Continue Reading

Previous: Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu
Next: Məktəb alış-verişinə başlamısınız, qiymətlər necədir? – SORĞU

Bölmənin digər xəbərləri

Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib
  • Dünya

Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib

17 Fevral, 2026
“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – Qurban Qurbanov – Video
  • Gündəm

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – Qurban Qurbanov – Video

17 Fevral, 2026
Koxalski “Nyukasl”la oyuna çıxacaq?
  • Gündəm

Koxalski “Nyukasl”la oyuna çıxacaq?

17 Fevral, 2026

Top 7 Xəbər

Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib 1

Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib

17 Fevral, 2026
Patruşev NATO-nu hədələdi – “Bunu etməyə hazırıq” 2

Patruşev NATO-nu hədələdi – “Bunu etməyə hazırıq”

17 Fevral, 2026
“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – Qurban Qurbanov – Video 3

“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – Qurban Qurbanov – Video

17 Fevral, 2026
Koxalski “Nyukasl”la oyuna çıxacaq? 4

Koxalski “Nyukasl”la oyuna çıxacaq?

17 Fevral, 2026
Səidə Haqverdiyevanın həbsi tələb edilir 5

Səidə Haqverdiyevanın həbsi tələb edilir

17 Fevral, 2026
“Qarabağ”ın oyununa satılan biletlərin sayı açıqlandı 6

“Qarabağ”ın oyununa satılan biletlərin sayı açıqlandı

17 Fevral, 2026
ADY-nin mühəndisi qəza törətdi – Fotolar 7

ADY-nin mühəndisi qəza törətdi – Fotolar

17 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 920)
  • Dünya (3. 198)
  • Gündəm (11. 163)
  • İdman (626)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (462)
  • Kriminal (1. 335)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 945)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8920) Dünya (3198) Gündəm (11163) Kateqoriyasızlar (462) Kriminal (1335) Mədəniyyət (335) Siyasət (2945) Texnologiya (14) İdman (626) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib 17 Fevral, 2026
  • Patruşev NATO-nu hədələdi – “Bunu etməyə hazırıq” 17 Fevral, 2026
  • “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” – Qurban Qurbanov – Video 17 Fevral, 2026
  • Koxalski “Nyukasl”la oyuna çıxacaq? 17 Fevral, 2026
  • Səidə Haqverdiyevanın həbsi tələb edilir 17 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.