Skip to content
16 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İcra başçısı xanım köməkçi təyin etdi

İsmayıllı Rayon İcra Hakimiyyətində iki yeni təyinat olub. İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sərəncamına əsasən, Faxtiyev İsmayıl Əliyar
Cavidan 9 Oktyabr, 2021

İsmayıllı Rayon İcra Hakimiyyətində iki yeni təyinat olub.

İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sərəncamına əsasən, Faxtiyev İsmayıl Əliyar oğlu RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

İsmayıl Faxtiyev 13 may 1997-ci il tarixində İsmayıllı şəhərində anadan olub. 2014-2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasını fərqlənmə ilə bitirib. 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi Xidməti başa vurduqdan sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin İsmayıllı Nümayəndəliyində Tədbirlər və layihələr üzrə mütəxəssis və direktor vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Nahid Bağırovun digər sərəncamı ilə Rəhimova Səadət Hüseyinağa qızı İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin edilib.

Səadət Rəhimova 01 iyun 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya-xarici dil (fransız dili müəllimi) ixtisasını bitirib. Grenoble Alpes Universitetində Passerelle Solidarite Objektif B2 səviyyəsi üzrə təhsil alıb. Daha öncə “Kanal S” MMC Regional Televiziya Şirkətində İsmayıllı üzrə bölgə müxbiri, İsmayıllı Rayon Mədəniyyət Mərkəzində bədii rəhbər və mədəni təşkilatçı, “İsmayıllı Resort and Hotel” MMC-də qeydiyyatçı, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin İsmayıllı Nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Continue Reading

Previous: Sabahın havası açıqlandı
Next: Azərbaycanda vəkil vəfat etdi

Bölmənin digər xəbərləri

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
  • Cəmiyyət

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026

Top 7 Xəbər

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 1

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 2

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 3

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 4

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 5

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 6

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 7

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9080) Dünya (3264) Gündəm (11409) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.