Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Wolt” kuryerləri boykot elan ediblər: “Kölə kimi yaşayırıq…”
  • Cəmiyyət

“Wolt” kuryerləri boykot elan ediblər: “Kölə kimi yaşayırıq…”

“3 əsas tələb var. Bu tələblər yerinə yetirilmədiyi təqdirdə boykot davam edəcək”. Addim.az “Meydan TV”yə istinadən xəbər verir
Cavidan 2 Sentyabr, 2022
tia_7f4bfea7e75ac82c5b9cc62ea0707932_28lnuex46q5htmjo3rcy

“3 əsas tələb var. Bu tələblər yerinə yetirilmədiyi təqdirdə boykot davam edəcək”.

Addim.az “Meydan TV”yə istinadən xəbər verir ki, bunu İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının koordinatoru Afiəddən Məmmədov “Wolt” kuryerlərinin boykot aksiyası zamanı deyib.

“Bu tələblər hansılardır? İkili sifarişlərdə hər sifariş götürüldüyü yerdən çatdırıldığı yerə qədər hesablansın; hər 100 metr üçün tarif 3 qəpikdən 6 qəpiyə qaldırılsın; yol xəritəsi “Waze” və “Google Maps” kimi tanınmış, etibar olunan proqramlarla təmin olsun. Bu 3 şərt təmin olunmadığı təqdirdə kuryerlərin boykotu davam edəcək”, – A.Məmmədov bildirib.

Kuryerlərin dediklərinə görə, “Wolt” avqustun 29-da gediş haqqının hesablanması üçün yeni üsula əl atıb. Artıq gedilən yol hava ilə yox, quru yolla ölçülür.

Daima hava ilə ölçmədən gileylənən kuryerlər deyiblər ki, bu dəfə daha çətin vəziyyətə düşüblər.

“Avqustun 29-u işlədik və gördük ki, tarif bizə sərf eləmir. Əvvəlki hava məsafəsi hesablananda 4-4,50 AZN təşkil edən sifariş indi isə 2,50-2,70 AZN qədər aşağı düşüb”, – kuryerlərdən biri deyib.

Kuryerlərdən biri onlara hədə-qorxu gəlindiyini bildirib:

“Əgər bizim azad söz demək qabiliyyətimiz yoxdursa, cəmiyyət içində azad söz deyə bilmiriksə, onda belə çıxır ki, biz buruda kölə kimi yaşayırıq.

Demədikcə, tələb etmədikcə bunlar deyirlər ki, belə də olmalıdır. Tələb etdikdə isə onların içində bəziləri var ki, bizə hədə-qorxu gəlirlər. Bir də görürsən ki, adamı birbaşa işdən çıxarırlar. Heç xəbərin də olmur”.
Etiraz edən kuryerlər şirkət nümayəndələri ilə görüş və tələblərinin qəbul olunmağını istəyirlər.
Qeyd edək ki, “Wolt” şirkətinin kuryerləri 3 gündür işi boykot elan ediblər. Onlar ötən gün etiraz aksiyası da keçiriblər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Kəmaləddin Heydərov Nazim Məmmədovun oğlunu və qohumlarını işdən çıxarıbmış – SƏBƏB
Next: İlham Əliyev İtaliyada beynəlxalq forumda iştirak edir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 100140
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 093721
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Cavidan 1 İyul, 2026
Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 667)
  • Dünya (3. 430)
  • Gündəm (11. 914)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 1
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb Screenshot 2026-07-01 093721 2
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

1 İyul, 2026
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr Screenshot 2026-07-01 091200 3
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

1 İyul, 2026
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity 5
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9667) Dünya (3430) Gündəm (11914) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.