Skip to content
19 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 098)
  • Dünya (3. 270)
  • Gündəm (11. 435)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 969)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Hökumət bu dəfə əhali ilə açıq danışacaqmı? – SƏRHƏDLƏR AÇILIRMI?

Bu gün Azərbaycanda quru sərhədlərin bağlanması barədə Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli qərarında göstərilmiş son gündür.
Cavidan 1 Sentyabr, 2022

Bu gün Azərbaycanda quru sərhədlərin bağlanması barədə Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli qərarında göstərilmiş son gündür. Hökumətin hansı qərar verəcəyi bu gün məlum olacaq, amma çox güman “davam” qərarı olacaq. Bu barədə dövlət qurumlarındakı etibarlı mənbə də Pressklub.az-a deyib ki, Operativ Qərargah noyabrın 1-ə qədər quru sərhədlərin bağlı qalacağını elan edəcək. Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə karantin rejimi bu tarixə qədər uzadılıb.

Cəmiyyətdə ciddi narazılıq mənbəyi olan bu qərarın səbəbləri barədə ən müxtəlif mülahizələr var. Prezident İlham Əliyev “sərhədləri insanların sağlamlığını düşünərək bağlı saxlayırıq” açıqlaması da yetərli olmadı. Çünki əks arqumentlər kifayət qədər güclüdür:

Ölkədə yoluxma sayı nisbətən artsa da, epidemioloji vəziyyət sabitdir, əhalinin əksəriyyəti peyvəndlənib, aktiv xəstə sayı 3500 civarındadır, ölüm faizi, habelə xəstəliyi ağır keçirənlərin sayı kəskin azalıb. Ətraf ölkələrlə, eləcə də Azərbaycanla sıx əlaqədə olan dövlətlərdə epidemioloji durum ağır deyil, əksər qadağalar ləğv edilib. Azərbaycan istisna olmaqla, bütün ölkələr sərhədlərini açıb…

Paralel olaraq, sərhədlərin bağlı saxlanmasının əhaliyə, dövlətə vurduğu ağır zərər də məlumdur; Turizm mövsümündə xarici turistlərin ölkəyə gəlişindən yetərli faydalanmaq mümkün olmadı. Yarım ildə ölkəyə ümumilikdə 850 mindən bir qədər artıq turist gəlib ki, bu da Gürcüstanın təkcə iyul ayında qəbul etdiyi turistlərin sayından (710 min) bir qədər çoxdur.

Sərhədyanı ticarətə, əhalinin iqtisadi fəallığına ciddi problemlər yarandı və nəticədə onminlərlə vətəndaşın güzəranı pisləşdi;

Ölkəyə yeganə giriş-çıxış olan hava yolu əlçatmaz oldu, monopolist “Azal” dövlət konserni tərəfindən satılan biletlər qıt və dəyərindən bir neçə dəfə bahalı oldu. Bu, vətəndaşların bilavasitə Konstitusiyada təsbit olunmuş hüquqlarının dövlət tərəfindən pozulması idi. Əhalinin imkanlı təbəqəsi bunu imkandan yararlana bilsə də böyük əksəriyyətin hərəkət azadlığı sırf bahalı biletlərə, bağlı sərhədlərə görə məhdudlaşdırıldı;

Xaricdə yaşayan, habelə burada yaşayıb-işləyən xarici ölkə vətəndaşları olan soydaşlarımızın öz vətənlərinə gəlib-getməsi məhdudlaşdırıldı, insanlar yaxınlarının dəfninə, xeyir-şərinə qatıla bilmədi, bu da Azərbaycanda ciddi gərginlik yaratdı…

Bu siyahını kifayət qədər uzatmaq, dövlətə və vətəndaşlara dəyən zərəri sadalamaq olar.

Sual ondan ibarətdir ki, dövlət niyə belə elədi? Əhalinin sağlamlığını düşünmək, əlbəttə, dövlətin bilavasitə borcudur. Pandemiya dövründə bir neçə milyard dollarlıq xərcləmə oldu. Doğrudur, bütün xərcləmələrdəki kimi şəffaflıq olmasa da, peyvəndləmə, modul xəstəxanaların tikilməsi, dərmanların alınması və s. təchizat məsələləri alababat yerinə yetirildi.

Amma bu gün ölkə əhalisinin sağlamlığı üçün başlıca problemlər qalmaqda davam edir: tibbi sığortanın effektiv tətbiqi və əlçatan olmaması, dərmanların keyfiyyətsiz və baha olması, bu sahəni inhisarda saxlayan şirkətlərin törətdiyi qanunsuzluqlar, keyfiyyətli tibbi xidmətin hədsiz bahalığı, dövlət xəstəxanalarında ənənəvi problemlərin davam etməsi, səhiyyə qurumlarının, xüsusən nazirliyinin hələ də öz funksiyalarını doğru-dürüst icra etməməsi, sağlamlıqla bağlı dövlət proqramlarından əhalinin yaralanmaq imkanlarının çox aşağı olması və s. yerində sayır.

Bu və ya digər səbəblərdən Azərbaycanda orta ömür sürətlə azalır, 2021-ci ilin məlumatına görə Azərbaycanda 79 minə yaxın insan vəfat edib, bu da əvvəlki illərlə müqayisədə 22-23 mindən artıq ölüm deməkdir. Vətəndaşların 40 mindən artığı, ürək damar xəstəliklərindən vəfat edib. İnsanları həyatdan qoparan birinci dördlükdə duran xəstəliklər sırasında xərçəng, infeksion və sinir sistemi xəstəlikləridir.

Sentyabr ayında turizm mövsümü başa çatır, habelə ölkədə yoluxma sayındakı artım (günlük 600-650) 1 sentyabrdan sonra hökumətin sərhədləri bağlı saxlamaq arqumentini gücləndirir. Payızda, həmişə olduğu kimi, infeksion xəstəliklərin yayılması üçün münbit şərait olur, ona görə Nazirlər Kabineti bu dəfə daha gur səslə, daha çox cümlələrlə sərhədlərin bağlı saxlanmasının səbəbləri barədə danışacaq.

Bütün hallarda bu qərarın gerçək səbəbləri cəmiyyətə açıqlanması vacibdir. Bəzi ekspertlərin dediyi kimi, regionda yaranmış mürəkkəb təhlükəsizlik riskləri səbəbindən belə qərar alınıbsa, vətəndaşla açıq danışılmalıdır, o zaman insanlar daha ayıq-sayıq olar, həm də onun qayğısına qalan hökumətindən gerçəkdən razılıq edər…

Pressklub.az

Continue Reading

Previous: İnzibati orqanların təsnifatı genişləndirildi
Next: Türkiyədə qaz BAHALAŞDI

Bölmənin digər xəbərləri

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Gündəm

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

18 Mart, 2026
Yanvarda nikah və boşanmaların sayı azalıb
  • Cəmiyyət

Yanvarda nikah və boşanmaların sayı azalıb

18 Mart, 2026
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
  • Cəmiyyət

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

18 Mart, 2026

Top 7 Xəbər

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 1

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

18 Mart, 2026
Yanvarda nikah və boşanmaların sayı azalıb 2

Yanvarda nikah və boşanmaların sayı azalıb

18 Mart, 2026
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 3

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

18 Mart, 2026
Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb 4

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

18 Mart, 2026
SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub 5

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

18 Mart, 2026
Parlamentdə müəllimlərin maaş artımından danışıldı 6

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

18 Mart, 2026
TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək 7

TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək

18 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 098)
  • Dünya (3. 270)
  • Gündəm (11. 435)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 969)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9098) Dünya (3270) Gündəm (11435) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2969) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib 18 Mart, 2026
  • Yanvarda nikah və boşanmaların sayı azalıb 18 Mart, 2026
  • İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 18 Mart, 2026
  • Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb 18 Mart, 2026
  • SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub 18 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.