Skip to content
15 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

İki səfirin Şuşa imtinası və ya ABŞ-la Fransanın məntiqsiz siyasətində məntiq axtarışı – NƏ BAŞ VERİR?

Keçən həftə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə
Cavidan 29 Avqust, 2022

Keçən həftə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans işə başladı. Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.

Amma ABŞ və Fransanın Azərbaycandakı səfirləri rəsmi dəvət göndərilməsinə baxmayaraq, Şuşada keçirilən tədbirə qatılmayıblar.

Konfransda ABŞ və Fransa diplomatlarının sözügedən davranışlarına münasibət bildirən Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, ABŞ və Fransa səfirlərinin tədbirdə iştirak etməməsinin səbəbi başadüşülən deyil:

“Biz bunu başa düşə bilmirik. Düzdür, Şuşa şəhərinin məhz o ölkələrin iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəni ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma onların gəlməməsi bir daha da Minsk Qrupu çərçivəsində və Minsk Qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi onların 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirməsini bir daha göstərir. Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur. Ona görə də, ilk növbədə, onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər”.

“Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir, Şuşa Azərbaycan xalqının göz bəbəyidir, hər bir Azərbaycan vətəndaşının qəlbində olan bir şəhərdir. Onların bura gəlməməsi bir daha da danışıqlar prosesindəki 30 illik dövrdə – hansı ki, Azərbaycanın vaxtını aldı – hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını göstərir”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Prezidentin köməkçisi vurğulayıb ki, onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstəriblər: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”. Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya bildirib ki, ABŞ və Fransa səfirlərinin dəvət olunan beynəlxalq tədbirə qatılmaması diplomat kimi fəaliyyət göstərdikləri ölkəyə, onun ərazi bütövlüyünə hörmətsizlik olmaqla yanaşı, həm də münasibətlərə mənfi təsir göstərən amildir: “Şuşaya getməməklə bunlar öz ağıllarınca, bu şəhərin Azərbaycanın olması faktını şübhə altına alırlar? Açsınlar özlərinin ölkələrinin də iştirakı ilə hazırlanan beynəlxalq hüquqi sənədlərə baxsınlar. Nəinki Şuşanın, hazırda Rusiya sülhməramlıları adı altında Qarabağda yerləşmiş hərbi kontingentin müvəqqəti nəzarətindəki şəhərlərin, qəsəbələrin, kəndlərin də Azərbaycan ərazisi olduğu şübhə altında deyil, ola da bilməz. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır və bu da o deməkdir ki, keçmiş Dağlıq Qarabağ ərazisinin Azərbaycanın olmasına şübhə yeri yoxdur. 200-ə yaxın diplomat, hərbi atteşe Şuşada mötəbər tədbirdə iştirak edir, iki dövlətin səfiri iştirak etmirsə, bu açıq hörmətsizlikdir. Bu səfirlərin təmsil etdikləri ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Eyni zamanda, həmin ölkələr zaman-zaman Azərbaycanla siyasi, mədəni, iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Hətta Azərbaycanı Qafqazda ən yaxşı tərəfdaş olduğunu söyləyiblər. İndi nə oldu?”.

“Hesab edirəm ki, bu dövlətlər yenidən erməni lobbisinin təsiri ilə bu cür anormal addımlar atırlar. 30 ildə heç nəyə yaramayan Minsk Qrupu kimi bivec bir institutun bərpasını istəyirlər. Azərbaycana belə cılız addımlar atmaqla siyasi təzyiq göstərib həmsədrlərin yenidən proseslərə qoşulmasını istəyirlər. Amma bu, mümkün deyil. Çünki ortada münaqişə yoxdur. İndi postmünaqişə dövrüdür. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, ATƏT postmünaqişə dövrü üzrə hansısa formatda iştirak edə bilər. Humanitar, xalqların sülhə yaxınlaşmasına yardım edə bilər”, – politoloq vurğulayıb.

Minsk Qrupunun yaradılması, həmsədrlər təyinatı keçmiş Dağlıq Qarabağ adlanan münaqişəni siyasi danışıqlar yolu ilə həll etmək üçün idi: “Onları 30 il müddətində missiyalarını laiqincə yerinə yetirə bilmədi. Sonucda Azərbaycan hərbi yolla ərazilərini işğaldan azad etdi. Münaqişə qalmayıbsa, onlar nəyin danışıqlarını aparacaqlar. Düşünürəm ki, ABŞ, Fransa havadarlıq etdikləri Ermənistanın yaxşılığını istəyirlərsə, həqiqətən də Ermənistana canları yanırsa, o zaman Ermənistanın da xeyirinə olan sülhün əldə olunmasına əməli yardım etsinlər. Yoxsa ikili oyun oynamaqla, cılız siyasi addımlarla, sülhün əldə olunmasına imkan verməyəcək siyasətlə Ermənistana yaxşılıq yox, pislik etmiş olurlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ və Fransa səfirlərinin Şuşaya niyə getmək istəmədiklərinə dair sualı adı çəkilən ölkələrdən birinin səfirinə, digərinin isə müşavirinə verib: “Cavablarından aydın oldu ki, Şuşaya səfər etmək üçün hər iki səfir öz ölkələrinin rəsmilərinin icazəsini almalıdırlar. Belə bir icazə olmadığına görə, ABŞ və Fransa səfirləri Bakının Şuşaya səfər etmək dəvətindən hər dəfə imtina edirlər. Onda sual olunur: Vaşinqton və Paris niyə Azərbaycandakı səfirlərinin Şuşaya səfərlərinə icazə vermir? Görünür, bu, Şuşanın yerləşdiyi məkanla bağlıdır. Misal üçün, eyni səfirlər işğaldan azad olunan Ağdam və ya Fizuliyə səfərdən imtina etmirlər. Şuşa isə keçmiş Dağlıq Qarabağ ərazisidir və ABŞ-la Fransa səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir. Halbuki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev dönə-dönə vurğulayıb ki, Qarabağa heç bir status verilməyəcək. Vaşinqton və Parisdəki dairələr erməni lobbisinin qəzəbindən də ehtiyat edirlər. Hər iki səfir Şuşaya getsələr, erməni lobbisi onların Xankəndinə də enmələrini tələb edəcək, separatçılarla görüşə isə rəsmi Bakı icazə verməyəcək”.

“ABŞ və Fransanın mənasız inadkarlığına baxmayaraq, bir müddət sonra hər iki ölkənin səfiri həm Şuşaya, həm də Laçına səfər edəcəklər. Başqa alternativləri yoxdur. Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün aydın deyib ki, səfirlərin Şuşaya səfərdən imtinaları ABŞ və Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması kimi qiymətləndirilməlidir. Vaşinqtonla Paris ermənilərin xətrinə dəyməsin deyə Azərbaycanla münasibətləri soyutmaqmı istəyir?”, – analitik fikrini dəyişib.AYNA

Continue Reading

Previous: Ukrayna vətəndaşı olan qadınla azərbaycanlı bankir arasında qalmaqal – FOTO
Next: “Hərbi məğlubiyyət Rusiyanın son şansıdır” – Viktor Şenderoviç

Bölmənin digər xəbərləri

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir
  • Dünya

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb
  • Dünya

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026

Top 7 Xəbər

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 1

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 2

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 3

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 4

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 5

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 6

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 7

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9080) Dünya (3264) Gündəm (11409) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.