Skip to content
9 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 858)
  • Dünya (3. 182)
  • Gündəm (11. 076)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

FHN-də müşavirə keçirildi, tapşırıq verildi

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin
Cavidan 18 Avqust, 2022

Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, Çıraqqala qalasından “Qalaaltı” İstirahət Mərkəzinə doğru yuxarıdan aşağı istiqamətdə soyutma işləri aparılır.

Bu gün səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib. Tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, nazir müavini E.Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. O deyib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant E.Mirzəyev baş vermiş yanğınların qarşısının alınması ilə bağlı Şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

Xatırladaq ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin, yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.

Hazırda yanğınlarla mübarizə davam etdirilir.

Continue Reading

Previous: Sabah 41 dərəcə isti olacaq
Next: FHN-dəki qadınlarla intim münasibətdə olan polkovnik SAXLANILDI

Bölmənin digər xəbərləri

Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam
  • Cəmiyyət

Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam

9 Fevral, 2026
Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib
  • Cəmiyyət

Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib

9 Fevral, 2026
Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək
  • Dünya

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək

9 Fevral, 2026

Top 7 Xəbər

Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb 1

Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb

9 Fevral, 2026
Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam 2

Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam

9 Fevral, 2026
Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib 3

Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib

9 Fevral, 2026
Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək 4

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək

9 Fevral, 2026
İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq 5

İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq

9 Fevral, 2026
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib 6

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

9 Fevral, 2026
BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib 7

BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib

9 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 858)
  • Dünya (3. 182)
  • Gündəm (11. 076)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8858) Dünya (3182) Gündəm (11076) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (333) Siyasət (2937) Texnologiya (14) İdman (618) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb 9 Fevral, 2026
  • Prezidentdən Cabbar Musayevlə bağlı – Sərəncam 9 Fevral, 2026
  • Naxçıvana MR-a Baş nazir təyin edilən Cabbar Musayev Naxçıvan şəhər İcra başçısı vəzifəsindən azad edilib 9 Fevral, 2026
  • Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək 9 Fevral, 2026
  • İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq 9 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.