Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 467)
  • Dünya (3. 046)
  • Gündəm (10. 587)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Dövlət obyektində əxlaqsızlıqla məşğul olublar, bu, yolverilməzdir”

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin yayılması cəmiyyətdə böyük rezonans yaradıb. Artıq məsələyə Baş Prokurorluq da münasibət bildirib.
Cavidan 17 Avqust, 2022

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim görüntülərinin yayılması cəmiyyətdə böyük rezonans yaradıb. Artıq məsələyə Baş Prokurorluq da münasibət bildirib. Qeyd edilib ki, faktla bağlı hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Prokurorluq həmçinin sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırıb.

Yayılan məlumatlardan məlum olur ki, görüntüləri elə FHN əməkdaşı Zaur Mirzəyev özü telefonu vasitəsilə lentə alıb. Bəs videonun çəkilməsi və paylaşılması hansı məsuliyyət yaradır? Həmin şəxs həbs oluna bilərmi?

Məsələ ilə bağlı hüquqşünas, media eksperti Ələsgər Məmmədli bakupost.az -a açıqlamasında bildirib ki, baş verən hadisə məkan baxımından da hüquqi problemdir:

“Dövlət vəsaiti hesabına təchiz olunmuş kabinet, sırf dövlətin mənafeyi üçün fəaliyyət göstərmək lazım ikən, şəxsi məqsəd üçün istifadə olunub. Bu ayrılıqda bir problemdir. Bunun hüquqi məsuliyyəti var və qurum özü zəruri addımlar atacaq. Digər bir məsələ, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata qanunsuz müdaxiləni nəzərdə tutur. Qarşı tərəfin razılığı olmadan onun videosu çəkilibsə, həmin şəxs hüquqlarını qorumaq baxımından məhkəməyə müraciət edə bilər”.

Ə.Məmmədli vurğulayıb ki, hadisə hər iki tərəf üçün məsuliyyət yaradır:

Ümumilikdə hadisənin özü, həmin şəxsin davranışları, dövlət qulluqçusu, paqon daşıyan tərəflər olaraq hər biri üçün ayrıca məsuliyyət yaradır. Çünki bunlar dövlət obyektində əxlaqsız hərəkətlərlə məşğul olublar. Bu da yolverilməz haldır. Dövlətin etibar etdiyi qurum və həmin quruma aid olan bütün avadanlıqlar şəxsi həyat üçün istifadə oluna bilməz. Şəxsin icazəsi olmadan çəkilənlərin daha sonra yayılması şəxsi həyata müdaxilə aspektindən cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi toxunulmazlıq hüququnu pozma ilə bağlı sanksiya və cəza tədbirlərini ehtiva edir”.

Ekspert vurğulayıb ki, vəzifəli şəxs üçün bu hadisə 2 ilədək azadlığın məhdudlaşdırılması deməkdir:

“Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

• vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

• məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə -3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Continue Reading

Previous: Qazi dərman içərək intihara CƏHD ETDİ
Next: Prezidentlə xanımı Maqomayevin abidəsinin açılışında

Bölmənin digər xəbərləri

Astarada 7800 abonentin qazı kəsiləcək
  • Cəmiyyət

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi
  • Cəmiyyət

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ
  • Cəmiyyət

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025

Top 7 Xəbər

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 1

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 2

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 3

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025
Pensiyalar ÖDƏNİLDİ 4

Pensiyalar ÖDƏNİLDİ

10 Dekabr, 2025
Türkiyədə fabrik yanır 5

Türkiyədə fabrik yanır

10 Dekabr, 2025
Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb 6

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dekabr, 2025
Yağışlı hava sabah da davam edəcək – PROQNOZ 7

Yağışlı hava sabah da davam edəcək – PROQNOZ

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 467)
  • Dünya (3. 046)
  • Gündəm (10. 587)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8467) Dünya (3046) Gündəm (10587) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
  • Astarada 7800 abonentin qazı kəsiləcək 10 Dekabr, 2025
  • Keçmiş hakimə yeni vəzifə verildi 10 Dekabr, 2025
  • Pensiyalar ÖDƏNİLDİ 10 Dekabr, 2025
  • Türkiyədə fabrik yanır 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.