Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Azərbaycanda kişilər və qadınlar niyə xəyanət edirlər? – AKTUAL

Cavidan 17 Avqust, 2022

Azərbaycanda son zamanlar boşanmaların sayındakı artım cəmiyyətdə müzakirələrə səbəb olur.

Ayrılmağa, boşanmağa qərar verən insanları bu addımı atmağa vadar edən səbəblər içərisində xəyanət də yer tutur. Sosiaoloq və pxisxoloqlar hesab edirlər ki, maddi sıxıntılarla yanaşı, ərlə-arvadın biri-birinə xəyanəti də boşanmanı yaradan səbəbdir. Ailədaxili münaqişələr, zorakılıq da bundan irəli gəlir.

Bəs insanlar niyə ömürlərini birgə keçirdikləri insana xəyanət edirlər? Azərbaycanda xəyanəti yaradan səbəblər hansılardır? Mövzu ilə bağlı Cebhe.info-ya danışan psixoloq Gülnar Orucova bu gün insanların biri-birinə uyğunlaşmadan boşandıqlarını deyib:

“Boşanmalar hər zaman cəmiyyətdə olub. Əvvəllər daha az rast gəlinirdi, son dönəmlərdə sayı sürətlə artıb. Boşanmaların sayının artması ilə yanaşı, başqa bir şeyi müşahidə edirik.

Əvvəllər 3, 6 ay və bir il sonra boşanan qadınlar yox idi, amma indi boşanan qadınların əksəriyyəti qısa müddətdən sonra boşanır. Evliliklər qısamüddətli olub. İki insan 3 il müddətində ailəli qalmalıdır, 3 il ərzində onların biri-birinə uyğunlaşması gedir. Üç ildən sonra ailədə hansısa problem, xarakter uyuşmazlığı, şiddət və digər nələrsə varsa, bu müddətdən sonra ayrılmaq üçün qərar versələr daha yaxşı olar”.

Psixoloq hesab edir ki, bu gün boşanmanın bu gün əsas motivi xəyanətdir:

“Bu gün cəmiyyətdə xəyanətin sayı kütləvi şəkildə artıb. Xəyanət etməyən kişi yoxdur. Hətta dindarlar, hacılar dini əlində əsas tutaraq, yəni bizim dörd xanımla evlənmək icazəmiz var deyib, bundan istifadə edə bilirlər. Əvvəllər informasiya aldığımız mənbələr az idi. İndi bir kişi xəyanət edirsə, onu sosial şəbəkələr göstərir. Nümunə üçün Fövqəladə Hallar Nazirliyində işçilər arasındakı münasibətin görüntülərini göstərək. Hər kəs bu görüntülərə bir cür münasibət bildirdi. Desəm ki, sosial şəbəkələr zərərlidir, amma hər bir şeyin müsbət və mənfi tərəfləri var. Yəni həyatda zərərli heç nə yoxdur, zərərli bir hədd var, yəni o həddi hər zaman gözləməliyik, baryeri aşmamalıyıq.

Sosial şəbəkədə biri ayrılma səbəbini deyir, digəri də ondan daha artığına dözdüyünü, niyə boşanmadığını fikirləşir. Ailəni tanıyan, tanımayan hər kəs fikir bildirir. Təbliğat getdikcə bunlar daha çox yayılır, mənfi hallarla rastlaşırıq. İntiharlar təbliğ olunur, göstərilir, insan gördüyünü daha tez mənimsəyir”.

Gülnar Orucova boşanmalarda hər iki tərəfi günahlandırıb:

“Bugünkü gündə sosial şəbəkələrdə tanışlıq asanlaşıb. Tanış olduqdan sonra xəyanətlər başlayır. Qadın intim münasibəti doğru-düzgün qavraya bilmir. Kişilər də buna görə başqa qadınlara üz tutur.

Bu gün boşanma səbəblərində maddi durum, ailədaxili şiddət, alkoqol, zərərli vərdişlər cəmi 10 faizdir. Digər faizi xəyanət təşkil edir. Əvvəllər qınama vardı, indi o qadınları qınamırlar. Valideynlər özləri belə qızlarına səbr, təmkin aşılamırlar. Böyüklərin ailəyə doğru olmayan müdaxiləsi olduqca boşanmaların sayı daha çox olacaq. Həyat yoldaşımızı etdiyi və etmədiyi nədəsə qınamayaq. Bu gün həyat yoldaşınızı şantaj yoluyla əldə etməyə çalışmayın, onlara sevgi, diqqət göstərin. Qısqanclıq sevgi göstəricisi ola bilər, amma bu həddində olmalıdır. Kişilər onları daimi yoxlamadan bezərək xəyanət edirlər. Onu yoxlamaq yerinə özünüzə, ruhunuza zaman ayırın, sevgi göstərin. Kişilər özgüvənli, baxımlı, idmanla məşğul olan, formada qalan, qidasına nəzarət edən qadınları sevir”.

Continue Reading

Previous: BU FAKTDIR: Reytinqlərdə büdrəyən universitetlərimiz… – “Təhsilin vəziyyəti acınacaqlıdır”
Next: “Bu hadisə min azar eşidən qadınların gününü lap qara edəcək”

Bölmənin digər xəbərləri

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Cəmiyyət

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi
  • Cəmiyyət

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Cəmiyyət

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026

Top 7 Xəbər

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 1

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi 2

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 3

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 4

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 5

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

30 Mart, 2026
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər 6

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

30 Mart, 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir 7

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

30 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9143) Dünya (3286) Gündəm (11478) Kateqoriyasızlar (476) Kriminal (1358) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 30 Mart, 2026
  • Bu xəstəxanaya baş həkim təyin edildi 30 Mart, 2026
  • Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 30 Mart, 2026
  • Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 30 Mart, 2026
  • Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 30 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.