Skip to content
16 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 437)
  • Dünya (3. 371)
  • Gündəm (11. 758)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib

“Biz – Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində fəaliyyət göstərən bir qrup QHT
Cavidan 11 Avqust, 2022

“Biz – Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və binasına qarşı edilən hərəkətləri həm Böyük Britaniyanın imicinə zərbə vurduğunu, həm də beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın bir qrup QHT nümayəndəsinin ölkəmizin Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair bəyanatında yer alıb.

Bildirilib ki, hadisədən artıq bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təkcə avqustun 5-də bir açıqlama verib:

“Bu açıqlamada isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ölkəmizin Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pislədiyini və bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını vurğulayıb. Hadisədən bir gün sonra verilən bu açıqlamada hadisəni törədənlərin kim olduğunu Böyük Britaniya hökuməti hələ də müəyyənləşdirə bilməyib və onları, sadəcə olaraq, “etirazçılar” adlandırıb. Hadisənin vandalizm aktı olduğu, Azərbaycan bayrağına qarşı törədildiyi və polislərin gözü qarşısında baş verdiyi halda niyə “etirazçılar” kimi təqdim olunduğu çoxlu suallar doğurur. Hadisə ilə bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılsa da, hələlik Krallıq hökuməti tərəfindən ciddi açıqlama verilməyib. Məlumat üçün bildiririk ki, 1961-ci il aprelin 18-də qəbul edilmiş Diplomatik əlaqələr haqqında Konvensiyanın 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, onun sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, ölkəmizin səfirliyinə hücumun məsuliyyətini Böyük Britaniya bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidir.

“Avropaya İnteqrasiya Mərkəzi” İctimai Birliyi – Şəhriyar Məcidov

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi- Radə Abbas

“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi- Orxan Əlixanlı

“Azərbaycan – Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi- Mariya Hüseynova

Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi – Rəhilə Mehtiyeva

“Elmi Araşdırmalar” İctimai Birliyi – Telman Qasımov

“Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi – Müşfiq Ələsgərli

“Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyi – Vüqar Əhmədov

“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi – Nadir Cəfərov

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi – Əfqan Qafarov

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi – Toğrul Allahverdiyev

“Ziyalı Ocağı” İctimai Birliyi – İlahə Əliyeva

“Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyi – Nüşabə Məmmədova

“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi – Təranə Hüseynova

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi – Şəhla Nağıyeva”.

Continue Reading

Previous: Məktəbəhazırlıq qrupları ilə bağlı YENİLİK
Next: Azərbaycanda ƏDV 18 faizdən 2 faizə endirilsin – TƏKLİF

Bölmənin digər xəbərləri

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var
  • Cəmiyyət

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq
  • Cəmiyyət

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
  • Cəmiyyət

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

16 May, 2026

Top 7 Xəbər

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 1

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

16 May, 2026
Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 2

Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq

16 May, 2026
Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 3

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

16 May, 2026
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb 4

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

16 May, 2026
BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr 5

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

16 May, 2026
Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq 6

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

16 May, 2026
WUF13 üçün onlayn qeydiyyat başa çatıb 7

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

15 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 437)
  • Dünya (3. 371)
  • Gündəm (11. 758)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9437) Dünya (3371) Gündəm (11758) Kateqoriyasızlar (496) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var 16 May, 2026
  • Metroda zarafat edənlər cərimələnəcəklər –  Ciddi xəbərdarlıq 16 May, 2026
  • Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb 16 May, 2026
  • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb 16 May, 2026
  • BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr 16 May, 2026
© Addim.az | MoreNews by AF themes.