Skip to content
10 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ceyhun Bayramov Qarabağdakı gərginlikdən DANIŞDI
  • Cəmiyyət
  • Gündəm

Ceyhun Bayramov Qarabağdakı gərginlikdən DANIŞDI

“Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki,
Cavidan 9 Avqust, 2022
1660051199.425055332

“Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”.

Addim.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-inə müsahibəsində deyib.

“Biz öhdəliklərin yerinə yetirilməməsi dedikdə konkret olaraq erməni silahlı dəstələrinin Qarabağ bölgəsindən çıxarılması mövzusunu nəzərdə tuturuq. Çünki Ermənistanın üçtərəfli bəyanata əsasən belə bir öhdəliyi var idi. Sülhməramlı qüvvələr bölgəyə daxil olan zaman qanunsuz erməni silahlı dəstələri oradan çıxarılmalı idi. Bunun əksinə olaraq orada hələ da qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Avqustın 3-də isə onlar tərəfindən növbəti təxribat törədilib. Səhər saatlarında həmin təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri elə həmin gün “Qisas” əməliyyatına start verib. Əməliyyat avqustun 3-də davam etdi. Qarabağ bölgəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Çoxsaylı müraciətlər və vasitəçilər tərəfindən qaldırılan müraciətlər nəticəsində axşam saatlarında əməliyyat dayandırıldı”, – XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan təxribatlara son qoyulmasını tələb edir: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir və bununla da gələcəkdə belə hallara yol verilməməlidir. Azərbaycanın bununla bağlı yanaşması birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycanın öz suveren ərazilərində hansısa qanunsuz erməni silahlı dəstələrinin qalmasına yol verilməyəcək və bu tələb yerində olmaqla qalır. Bu dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Bu, hamımız üçün böyük qürurverici hadisədir” – İlham Əliyev
Next: Birinci vitse-prezident açılışdan daha bir paylaşım etdi – VİDEO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 160045
  • Cəmiyyət

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 151047
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 131653
  • Cəmiyyət

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 717)
  • Dünya (3. 451)
  • Gündəm (11. 941)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib Screenshot 2026-07-10 160045 1
  • Cəmiyyət

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

10 İyul, 2026
Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ Screenshot 2026-07-10 151047 2
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

10 İyul, 2026
Kəlbəcərdə mina partlayışı olub Screenshot 2026-07-10 143436 3
  • Kateqoriyasızlar

Kəlbəcərdə mina partlayışı olub

10 İyul, 2026
Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-10 131653 4
  • Cəmiyyət

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

10 İyul, 2026
Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı? Screenshot 2026-07-10 125003 5
  • Dünya

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9717) Dünya (3451) Gündəm (11941) Kateqoriyasızlar (521) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.