Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 751)
  • Dünya (3. 148)
  • Gündəm (10. 945)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar” – Deputat

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal
Cavidan 8 Avqust, 2022

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədir”.

Bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə, xüsusən də “Twitter”də bir sıra erməni ekspertlər və lobbistlər Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurdlarından” çıxma kimi təqdim etməyə çalışırlar:

“Çox da uzaq olmayan tarixə real faktlar ilə nəzər salaq. Keçmiş SSRİ dövründə Laçın rayonunda əhalinin son siyahıya alınması 1979-cu ildə həyata keçirilib. Həmin siyahıya almaya əsasən, rayonun 47 min 261 sakini olub. Sovet siyahıya almasına əsasən, etnik tərkibə gəldikdə, sakinlərin 44 min 665-i azərbaycanlı, 2 min 437-si kürd olub. Siyahıyaalma zamanı rayonda cəmi 34 ermənin yaşadığı qeydə alınıb. Bu isə o deməkdir ki, əhalinin 94.5 faizi azərbaycanlı, 5.1 faizi müsəlman kürdlər olub. Azərbaycanlılar və etnik kürdlər bir ailə kimi yaşayaraq erməni işğalından sonra birgə rayonu tərk etmək məcburiyyətində qaldılar. Ümumi əhalinin etnik strukturunda hətta tam rəqəmlə ifadə oluna bilməyən ermənilər Laçın şəhərinə belə iddia etməkdən çəkinmirdilər. 1992-ci ildə Laçın işğal olunanda 65 min 507 sakin məcburi köçkün kimi Azərbaycanın 59 rayon və şəhərlərində məskunlaşdılar”. 

Deputat qeyd edib ki, Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən hesab olunur:

“Kəndin etnik tərkibi tarixən hər zaman azərbaycanlılar olub. Hazırda kəndin 600-dən çox sakini məcburi köçkün həyatı yaşasa da, onların öz doğma ata-baba yurdlarına qayıtmaqlarına çox az zaman qalıb. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrildi. Daha sonra 2003-cü ildə erməni diasporu kənddə kilsə inşa edib. 2013-ci ildə sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar.  Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsi ilə salınan qəsəbədə 150-dən çox ev tikilib. Zabux kəndi daxil olmaqla, bütövlükdə Laçın rayonunu böyük iqtisadi potensialı var. Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorlarında müqayisəli üstünlüyə malikdir. Qısa zamanda rayonun dağıdılmış iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası mümkün olacaq. Azərbaycan bölgədə sülhün əldə edilməsində maraqlıdır. Davamlı sülh sadəcə ölkələrin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanınması halında mümkündür”.

Continue Reading

Previous: Bu ölkə SSRİ-nin 33 il əvvəl verdiyi abidəni SÖKDÜ
Next: Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq

Bölmənin digər xəbərləri

Sumqayıtda maşın təmiri sexi yanır
  • Cəmiyyət

Sumqayıtda maşın təmiri sexi yanır

26 Yanvar, 2026
Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib
  • Gündəm

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

26 Yanvar, 2026
Zelenski Tixanovskaya ilə görüşdü – Foto
  • Dünya

Zelenski Tixanovskaya ilə görüşdü – Foto

26 Yanvar, 2026

Top 7 Xəbər

Sumqayıtda maşın təmiri sexi yanır 1

Sumqayıtda maşın təmiri sexi yanır

26 Yanvar, 2026
Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib 2

Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib

26 Yanvar, 2026
Zelenski Tixanovskaya ilə görüşdü – Foto 3

Zelenski Tixanovskaya ilə görüşdü – Foto

26 Yanvar, 2026
“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 4

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

26 Yanvar, 2026
Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 5

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 6

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026
ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 7

ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 751)
  • Dünya (3. 148)
  • Gündəm (10. 945)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8751) Dünya (3148) Gündəm (10945) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2928) Texnologiya (14) İdman (611) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sumqayıtda maşın təmiri sexi yanır 26 Yanvar, 2026
  • Prezident şəxsin rezidentliyi ilə əlaqədar dürüst olmayan məlumatlara görə cərimələri təsdiqləyib 26 Yanvar, 2026
  • Zelenski Tixanovskaya ilə görüşdü – Foto 26 Yanvar, 2026
  • “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 26 Yanvar, 2026
  • Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.