Skip to content
8 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar” – Deputat
  • Cəmiyyət
  • Gündəm

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar” – Deputat

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal
Cavidan 8 Avqust, 2022
1659943269.66jpg-1656416219

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədir”.

Bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə, xüsusən də “Twitter”də bir sıra erməni ekspertlər və lobbistlər Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurdlarından” çıxma kimi təqdim etməyə çalışırlar:

“Çox da uzaq olmayan tarixə real faktlar ilə nəzər salaq. Keçmiş SSRİ dövründə Laçın rayonunda əhalinin son siyahıya alınması 1979-cu ildə həyata keçirilib. Həmin siyahıya almaya əsasən, rayonun 47 min 261 sakini olub. Sovet siyahıya almasına əsasən, etnik tərkibə gəldikdə, sakinlərin 44 min 665-i azərbaycanlı, 2 min 437-si kürd olub. Siyahıyaalma zamanı rayonda cəmi 34 ermənin yaşadığı qeydə alınıb. Bu isə o deməkdir ki, əhalinin 94.5 faizi azərbaycanlı, 5.1 faizi müsəlman kürdlər olub. Azərbaycanlılar və etnik kürdlər bir ailə kimi yaşayaraq erməni işğalından sonra birgə rayonu tərk etmək məcburiyyətində qaldılar. Ümumi əhalinin etnik strukturunda hətta tam rəqəmlə ifadə oluna bilməyən ermənilər Laçın şəhərinə belə iddia etməkdən çəkinmirdilər. 1992-ci ildə Laçın işğal olunanda 65 min 507 sakin məcburi köçkün kimi Azərbaycanın 59 rayon və şəhərlərində məskunlaşdılar”. 

Deputat qeyd edib ki, Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən hesab olunur:

“Kəndin etnik tərkibi tarixən hər zaman azərbaycanlılar olub. Hazırda kəndin 600-dən çox sakini məcburi köçkün həyatı yaşasa da, onların öz doğma ata-baba yurdlarına qayıtmaqlarına çox az zaman qalıb. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrildi. Daha sonra 2003-cü ildə erməni diasporu kənddə kilsə inşa edib. 2013-ci ildə sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar.  Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsi ilə salınan qəsəbədə 150-dən çox ev tikilib. Zabux kəndi daxil olmaqla, bütövlükdə Laçın rayonunu böyük iqtisadi potensialı var. Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorlarında müqayisəli üstünlüyə malikdir. Qısa zamanda rayonun dağıdılmış iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası mümkün olacaq. Azərbaycan bölgədə sülhün əldə edilməsində maraqlıdır. Davamlı sülh sadəcə ölkələrin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanınması halında mümkündür”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu ölkə SSRİ-nin 33 il əvvəl verdiyi abidəni SÖKDÜ
Next: Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-08 104942
  • Cəmiyyət

Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

Cavidan 8 İyul, 2026
Screenshot 2026-07-08 102156
  • Dünya

NATO toplantısının bugünkü PROQRAMI

Cavidan 8 İyul, 2026
Screenshot 2026-07-08 093210
  • Cəmiyyət

Qurbanqulu Berdiməhəmmədov “Dostlug” tankerinə görə Azərbaycana təşəkkür edib

Cavidan 8 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 702)
  • Dünya (3. 446)
  • Gündəm (11. 932)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək Screenshot 2026-07-08 114721 1
  • Dünya

İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək

8 İyul, 2026
Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər Screenshot 2026-07-08 104942 2
  • Cəmiyyət

Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər

8 İyul, 2026
NATO toplantısının bugünkü PROQRAMI Screenshot 2026-07-08 102156 3
  • Dünya

NATO toplantısının bugünkü PROQRAMI

8 İyul, 2026
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi – NƏTİCƏLƏR Screenshot 2026-07-08 095238 4
  • İdman

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi – NƏTİCƏLƏR

8 İyul, 2026
Qurbanqulu Berdiməhəmmədov “Dostlug” tankerinə görə Azərbaycana təşəkkür edib Screenshot 2026-07-08 093210 5
  • Cəmiyyət

Qurbanqulu Berdiməhəmmədov “Dostlug” tankerinə görə Azərbaycana təşəkkür edib

8 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9702) Dünya (3446) Gündəm (11932) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.