“İyulun 19-da övladları ilə birlikdə özünü binadan atan 1997-ci il Aytən Abbasova Marif qızı övladı 4 yaşlı Sofiya Abbasovanın müalicə aldığı xəstəxanaya köçürülüb”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova “Unikal”a bildirib ki, qadın TƏBİB-in tabeliyində olmayan xəstəxanaya köçürülüb:
“Həmin xanımın vəziyyəti stabilləşmişdi. Onun palataya köçürülməsi planlaşdırılsa da, ailənin istəyi ilə o, TƏBİB-in tabeliyində olmayan və övladının müalicə aldığı xəstəxanaya köçürülüb”.