Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Yol polisi sürücülərə MÜRACİƏT ETDİ
  • Cəmiyyət

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri zamanı görülməli olan tədbirlərlə bağlı sürücülərə müraciət edib. İdarə​nin baş
Cavidan 25 İyul, 2022
1658739833.1656752723_20220702104222_IMG_6738

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri zamanı görülməli olan tədbirlərlə bağlı sürücülərə müraciət edib.

İdarə​nin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsinin qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür:

“Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil. Yəni prosessual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında), artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır və inzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur. Hhadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protokol gözləyir. Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki, hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin. Sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlərdə sığortaya vaxtında təqdim olunsun”.

Qeyd edilib ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə onların sığorta ödənişlərinin alınmasından imtinaya əsas kimi qiymətləndirilə bilər: “Yəni sürücü üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki məsuliyyət də yarada bilər.

“Yol hərəkəti haqqında” qanunun ​37-ci maddəsində sürücünün üzərinə qoyulan vəzifəyə görə, baş vermiş hadisə zamanı xəsarət alan şəxs varsa, mütləq onu təcili tibbi yarıma çatdırmalı, şəxsin sağlamlığına dəymiş halın qarşısını almaq üçün müvafiq ilkin addımları atmalıdır. Bunları etmək əvəzinə sürücü hadisə yerindən uzaqlaşırsa, bu onun barəsində açılmış cinayət işində ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir.

Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi qəzalar zamanı məsuliyyət yaradan halları düzgün qiymətləndirib bu barədə vaxtında polisə məlumat verməyi aidiyyatı prosedurları qeyd etdiyimiz qaydada icra etməyi, özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xahiş edirik!”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün təyin olunan yeni icra başçıları kimlərdir? – DOSYE  
Next: “Bayraqdar” Qara dənizdə rus katerini vurdu

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 183955
  • Cəmiyyət

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 181728
  • Cəmiyyət

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 125223
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Cavidan 6 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 694)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb Screenshot 2026-07-06 183955 1
  • Cəmiyyət

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

6 İyul, 2026
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib Screenshot 2026-07-06 181728 2
  • Cəmiyyət

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

6 İyul, 2026
Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 3
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 4
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 5
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9694) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.