Skip to content
10 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu il həbs edilən generallar – SİYAHI
  • Cəmiyyət
  • Gündəm

Bu il həbs edilən generallar – SİYAHI

Bu il Azərbaycanda bir neçə general həbs olunub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və s.
Cavidan 20 İyul, 2022
1658311496_zzzz

Bu il Azərbaycanda bir neçə general həbs olunub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və s. maddələrlə cinayət məsuliyyətinə cəlb ediliblər.

“Unikal” həbs edilən generalları oxuculara təqdim edir:

Həbs olunan generallardan biri Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovdur. Ötən ay onun həbs müddəti uzadılıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.

Digər həbs edilən general Ehtiram Xəlilovdur. Belə ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

57 yaşlı E.Xəlilov 1997-ci ildən Gömrük orqanlarında xidmət etməyə başlayıb. Həmin ildən başlayaraq Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində işləyib. 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində çalışıb. 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi işləyib.

2018-ci ildən həbs edilənə qədər Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” birliyinin direktoru olub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

DTX-nin yaydığı məlumatda bildirilir ki, “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs edilən digər general-mayor Məsum Rəsulov Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi idi. O da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

48 yaşlı M.Rəsulov 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb. 2018-ci ildə Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb. Ölkə başçısının 29 yanvar 2019-cu il tarixli sərəncamı ilə Rəsulov Məsum Eynalı oğluna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin general-mayoru ali xüsusi rütbəsi verilib. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

DTX-nin yaydığı məlumatda qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Tanınmış jurnalist mətbuat katibi təyin olundu
Next: Elman Rəfiyevin ölkədən çıxışına “stop” qoyuldu

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-09 143400
  • Cəmiyyət

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 130359
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 122615
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

Cavidan 9 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 712)
  • Dünya (3. 449)
  • Gündəm (11. 939)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib Screenshot 2026-07-09 143400 1
  • Cəmiyyət

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

9 İyul, 2026
Sabah 37 dərəcə isti olacaq Screenshot 2026-07-09 130359 2
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

9 İyul, 2026
Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-09 122615 3
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

9 İyul, 2026
“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab Screenshot 2026-07-09 092105 4
  • Cəmiyyət

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab

9 İyul, 2026
Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir?  Screenshot 2026-07-09 111520 5
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

9 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9712) Dünya (3449) Gündəm (11939) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.