![](https://addim.az/wp-content/uploads/2022/07/1657867908.457916.jpg)
Azərbaycanda iyulun 30-da Məhərrəm ayı başlayacaq.
“Unikal”ın məlumatına görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən, 30 iyul Məhərrəm ayının birinci günüdür:
Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Aşura günü avqustun 8-nə təsadüf edəcək.
Qeyd edək ki, Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-si olacaq.