Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • QMİ Qurban bayramı ilə bağlı fətva verib
  • Cəmiyyət

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Cavidan 6 İyul, 2022
ffb9c310-d535-32ab-b82f-7072d37d41bc_850 (1)

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

Fətvada deyilir:

“Bağışlayan və Mərhəmətli Allahın adı ilə!

Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:

Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq – böyük savab sayılır. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qur`ani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır…” (Həcc; 37)

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaAllah.

Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarını və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik edir, onlara dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətənimiz və millətimiz üçün dualar etməliyik. Şükürlər olsun ki, artıq ikinci ildir ki, xalqımız Qurban bayramını Zəfər abu-havasında qarşılayır. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Allah Vətən uğrunda, bu Böyük Zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin!

Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!

Vəssəlаmu əleyкum və rəhmətullаhi və bərəкаtuh!”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
Next: QMİ: “Qurban bayramı iyulun 9-dadır və 3 gün davam edə bilər”

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Screenshot_20260703_144632_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

Cavidan 3 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.