Skip to content
15 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Kür, Araz…. üstəgəl də XƏZƏR..: Millət balığı əl-əl gəzər… – “Bu insafsızlıqdır, haramçılıqdır…”
  • Cəmiyyət
  • Gündəm

Kür, Araz…. üstəgəl də XƏZƏR..: Millət balığı əl-əl gəzər… – “Bu insafsızlıqdır, haramçılıqdır…”

Balıqlar çaylara, dənizə qayıdır. Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə bu
Cavidan 5 İyul, 2022
1656994298_0001

Balıqlar çaylara, dənizə qayıdır. Azərbaycanda akkreditə olmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə bu günlərdə Zəngilan rayonunda Həkəri çayına üç min qızılxallı forel balığı buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin sözlərinə görə, qızılxallı forel balığı yerli və bu su hövzəsinə xas növdür. “Su hövzələrinə balıq buraxılması prosesi ənənə halını alıb. Azad olunmuş ərazilərdə ilk dəfə qızılxallı forel balıqları ötən il ölkə başçısı tərəfindən Bəsitçaya buraxılıb.

Respublikanın digər ərazilərində də balıqların suya buraxılışı həyata keçirilir. Məqsədimiz su hövzələrində balıq populyasiyalarının, o cümlədən “Qırmızı kitab”a daxil edilmiş qızılxallı forel balığının populyasiyasının artırılmasına dəstəkdir. Bu il ərzində ümumilikdə 7 milyon balıq körpəsinin su hövzələrinə buraxılması nəzərdə tutulub”, – deyə F.Əliyev qeyd edib. Balıq körpələrinin su hövzələrinə buraxılması Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədi daşıyır.

Qeyd edilir ki, balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkədə may ayının 1-dən etibarən balıq ovuna dördaylıq moratorium tətbiq edilir. Balıq ehtiyatlarının artırılması üçün bu müddət ərzində bütün qayda və tələblərə riayət edilməlidir. Bundan əvvəl də Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə iyun ayında Kür çayına və Göygöl gölünə də balıq körpələri buraxılıb. IDEA İctimai Birliyinin məlumatına görə, ETSN rəsmilərinin, IDEA İctimai Birliyi və nazirliyin könüllülərinin iştirakı ilə keçirilən tədbir zamanı 1000 ədəd körpə çəki balığı Kür çayına, 2000 ədəd körpə forel balığı isə Göygöl gölünə buraxılıb. Qeyd edilir ki, ölkənin müxtəlif regionlarında təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək. “Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Layihəyə 2020-ci ilin may ayında start verilib. Təkcə ötən il 6 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb. Balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıqların müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir. Son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyası insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Rusiyada da mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə “Report” “TASS”a istinadən xəbər verir. Bildirilib ki, balıqlar “Mehteb” inkubasiya zavodunda yetişdirilib. Qeyd olunub ki, son illərdə Xəzərdə kütüm ehtiyatlarının azalması müşahidə olunur. 2017-ci ildə 52 tondan çox ov edilibsə, 2021-ci ildə bu rəqəm 18,5 ton təşkil edib. Bu günə qədər kütüm ehtiyatı 211 min ton təşkil edir. Dia.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında balıq körpələrinin su hövzələrinə buraxılmasının balıq ehtiyatlarının artırılmasında əhəmiyyətli rol oynadığını dedi:

– Sözsüz ki, balıq ən faydalı, xeyirli qida məhsuludur. Təbii şəraitdə çoxaldığından bu məhsulun qiyməti ucuz olmalıdır. Lakin təəssüf ki, bu, müşahidə edilmir. Ümumiyyətlə, Azərbaycan əhalisinin balıq məhsullarına əlçatanlığı çox zəifdir. Dənizsahili ölkələrdə balıq ən ucuz, sərfəli ərzaq hesab edilir, əhali onu rahatlıqla əldə edə bilir. Amma bizim ölkəmizdə belə deyil. Qardaş Türkiyədə balıqçı gəmiləri sübh vaxtı sahilə yan alır, balıqçılar ovladıqları təzə balığı bazara çıxarır, uyğun qiymətə satırlar. Bizdə belə bir hal yoxdur.

Marketlərdə satılan balıqlar çox baha, küçədə, bazarlarda satılanlarsa şübhəli və təhlükəlidir. Çünki nə zaman ovlandığı, hansı şəraitdə saxlandığı bilinmir.

Balığın başına min oyun açırlar. Balıqçılıq sahəsi bizdə inkişaf etməyib. Xəzər dənizindən balıq ovlanır, lakin kütləyə çatdırılmır. Xəzər dənizi də çox çirklənib. Halbuki, balıqçılıq təsərrüfatının inkişafı ölkəyə böyük məbləğdə gəlir əldə etmək imkanı verər.

Amma balıqçılıq monopoliyada olduğu üçün dövlət gəlir əldə etmir, əhali də balığa həsrət qalıb. Balıqları ağlasığmaz üsullarla ovlayırlar.

Qeyri-insani üsullardan istifadə edilir, suya elektrik verilir… Bəzi yerlərdə böyüməmiş kiçik balıqları ovlayıb satışa çıxarırlar. Bu insafsızlıqdır, haramçılıqdır. Balıqçılıq sektoru mütləq dövlət nəzarətinə alınmalıdır. Yaxşı haldır ki, su hövzələrində indi balıqçılığı inkişaf etdirməyə başlayıblar.

Xüsusən də işğaldan azad edilmiş ərazilərdəki çaylarda balıq bolluğu yaradılmasına çalışırlar. Bu işlərdə mütləq mütəxəssislər iştirak etməlidir. Hansı çay hansı balıq növünə uyğundur, harada hansı balıq növləri artıb çıxala bilər, bunları bilmək lazımdır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Toyuq əti yenidən bahalaşacaq: “Bahalı yem bahalı toyuq deməkdir” – NƏ ETMƏLİ?
Next: Təhsil eksperti Məleykə Abbaszadə ilə həm razılaşır, həm razılaşmır – AKTUAL

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-15 135129
  • Cəmiyyət

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyun, 2026
Screenshot 2026-06-15 125448
  • Cəmiyyət

Türkiyə MN: “Bir millət, iki dövlət” anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Cavidan 15 İyun, 2026
Screenshot 2026-06-15 103523
  • Cəmiyyət

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Cavidan 15 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 597)
  • Dünya (3. 407)
  • Gündəm (11. 875)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib Screenshot 2026-06-15 135129 1
  • Cəmiyyət

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

15 İyun, 2026
Türkiyə MN: “Bir millət, iki dövlət” anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik Screenshot 2026-06-15 125448 2
  • Cəmiyyət

Türkiyə MN: “Bir millət, iki dövlət” anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

15 İyun, 2026
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib Screenshot 2026-06-15 111903 3
  • Dünya

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

15 İyun, 2026
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu Screenshot 2026-06-15 103523 4
  • Cəmiyyət

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

15 İyun, 2026
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib Screenshot 2026-06-05 163100 5
  • Cəmiyyət

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

15 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9597) Dünya (3407) Gündəm (11875) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.