Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 451)
  • Dünya (3. 044)
  • Gündəm (10. 570)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bakının altı üstünə necə problem yaradır… – AKTUAL

Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq. Çünki Bakıda və Abşeron yarımadasında yağış suları üçün
Cavidan 4 İyul, 2022

Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq. Çünki Bakıda və Abşeron yarımadasında yağış suları üçün şəbəkə yoxdur.

Bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib. O bildirir ki, bu problemlə əlaqədar olaraq yağış suları birbaşa “Azərsu” ASC-nin su şəbəkəsinə daxil olur, təmizləyici qurğulara və ya kollektorlara axıdılır.

“Azərsu” ASC tərəfindən Bakının və Abşeron yarımadasının içməli, tullantı su sisteminin yarardılması ilə bağlı bir master plan hazırlanıb. Həmin master planın üç bəndindən biri yağış suları ilə bağlıdır.

“Planda göstərilib ki, yağış kollektorlar vasitəsilə daxil olmalı, 900 kilometrdən artıq yağış xətləri çəkilməlidir. Bundan başqa, yağış xətləri bir çox ərazilərdə kanalizasiya xətlərindən ayrılmalıdır. Qeyd edim ki, bu gün Bakı şəhərinin küçə və prospektlərinin təxminən 10-14 faizində yağış xətləri – barmaqlılqar mövcuddur. Mövcud yağış barmaqlılqarının böyük hissəsi sonda gəlib bizim tullantı su – yəni məişət-təsərrüfat sularını kənarlaşdıran kanalizasiya kollektoruna birləşir. Yalnız Yusif Məmmədəliyev, Puşkin küçəsi, 8-ci kilometr ərazisində və Əhmədlidə – yəni, 4 istiqamətdə dənizə çıxışı olan yağış suları xətləri var”, – “Azərsu”dan bildirilib.

Qurumdan verilən məlumatda o da bildirilib ki, vaxtı ilə sovet dövründə tikilən yağış suları xətlərinin bir qismi sonradan kanalizasiya xətlərinə çevrilib. Məsələn, Niyazi küçəsində, Azadlıq prospektində bunu görə bilərik:

“Həmin ərazilərdəki vaxtı ilə fərdi, ayrılıqda fəaliyyət göstərən yağış suları xətləri sonradan həm də kanalizasiya xətlərinə qoşulduğundan sonda sahil kollektoruna birləşdirilib, həm yağış, həm də kanalizasiya sualarının axıdılması bu gün həyata keçirilir. Dünya praktikasında isə yağış suları üçün xüsusi ayrılmış xətlər olur. Bəzi ölkələrdə bu sular göllərə, dənizlərə axıdılır, bəzilərində isə xüussi anbarlarda toplanılır və sonradan təkrar istifadə olunur”.

Problem nədən qaynaqlanır?

“Azərsu” ASC-dən bildirilib ki, problem qarışıq sistemlərin olması ilə bağlıdır: “Yəni ayrılmış yağış su xətti olmadığı üçün bu sular kanalizasiya xətlərinə axıdılır. İntensiv yağışlar zamanı da bəzi çökək ərazilərdə sular yığılaraq qalır. Bu da onunla bağlıdır ki, həmin o kanalizasiya kollektoru eyni anda məişət-su tullantılarını və yağış sularını daşıya bilmir. Nəticədə subasma halları da baş verə bilər”.

Qurumun qeydinə görə, şəbəkənin yüklənməsində vaxtı ilə həyət evləri olan ərazilərdə 20-22 mərtəbəlik binaların tikilməsinin də rolu var:

“Vaxtilə dar olan bəzi Bakı yolları da genişlənib. Dərnəgül yolunu buna misal olaraq göstərmək olar. Yaxud da, vaxtilə park, yaşıllıq olan ərazilərdə müəyyən obyektlər, sənaye, ticarət mərkəzləri, binalar tikilib. Yəni, torpaq sahələri azalıb. Yağışlı vaxtlarda binaların damı belə kanazliasiya sisteminin yüklənməsi səbəb olur”.

“Azərsu” ASC tərəfindən 20-dən artıq subasma təhlükəsi olan ərazilərdə layihələr icra olunsa da, qarşıda görüləsi işlər çoxdur.

Ekspert problemin kökünü və həllini nədə görür?

Professor, coğrafiya elmləri doktoru Rza Mahmudov isə vəziyyətdən çıxış yollarından danışaraq bildirib ki, ümumiyyətlə, Bakı və Abşeronda bəzən lokal xarakterli, leysan tipli yağıntılar olur. Onların davamiyyəti, intensivliyi şiddətli və çox olanda müəyyən mənada şəhər mühiti üçün çətinliklər yaranır:

“Yağıntılar təbii olaraq əraziyə düşəndə sel, gərginlik yaranmır. Lakin bu qeyri-təbii baş verdikdə gərginlik yaranır. Baxın, son illərdə görürsüz ki, Bakıda nə qədər bina tikilib. Tikilən hər binanın dam örtüyü bir çətiri xatırladır. Düşən yağıntılar o çətirlərdə yığılır və birdən-birə ətrafa axıdılır. Yəni bu yağıntılar təbii olaraq yer səthinə, torpağa düşmür”.

Ekspert deyir ki, belə olan halda yağıntıların toplanması baş verir ki, nəticədə istər-istəməz bir gərginlik yaranır, sular kanalizasiya vasitəsilə dənizə axıdılır.

Təcrübə nə deyir?

Professorun sözlərinə görə, son illərdə Yaponiya, İsrail kimi ölkələrlə yanaşı bəzən hətta yağıntının daha az düşdüyü ölkələrdə belə bu sulardan səmərəli istifadə məsələsi qarşıya məqsəd olaraq qoyulur:

“Düşən yağıntılardan su çatışmazlığı dövründə səmərəli istifadə edilir. Azərbaycanda da bu problemin qarşısını almaq üçün yağış sularını yığıb müəyyən məqsədlər üçün istifadə etmək mümkündür”.

Su anbarları çıxış yolu ola bilər

Bunun üçün xüsusi su anbarları yaratmaq və ondan müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür.

Rza Mahmudovun fikrincə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların birgə səyi nəticəsində bu istiqamətdə işlər həyata keçirilir. Lakin AMEA-nın müvafiq institutları da bu işlə məşğul olub elmi əsasını tapmış tövsiyələr verməlidir. İllik yağıntıların miqdarı təmin olunmalıdır. Fəsillər üzrə yağıntıların qiymətləndirilməsi aparılmalıdır. //sputnik.az//

Continue Reading

Previous: I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
Next: Deputatlara verilən bəzi pul təminatları ləğv edilib – EKSKLÜZİV

Bölmənin digər xəbərləri

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub
  • Cəmiyyət

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub

8 Dekabr, 2025
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
  • Cəmiyyət

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

8 Dekabr, 2025
Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb
  • Cəmiyyət

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

8 Dekabr, 2025

Top 7 Xəbər

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 1

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub

8 Dekabr, 2025
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 2

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

8 Dekabr, 2025
Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb 3

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

8 Dekabr, 2025
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb 4

Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

8 Dekabr, 2025
Kamboca Tailandın ittihamlarını təkzib edir 5

Kamboca Tailandın ittihamlarını təkzib edir

8 Dekabr, 2025
Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub 6

Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub

8 Dekabr, 2025
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib 7

1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 451)
  • Dünya (3. 044)
  • Gündəm (10. 570)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8451) Dünya (3044) Gündəm (10570) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (591) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 8 Dekabr, 2025
  • Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 8 Dekabr, 2025
  • Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb 8 Dekabr, 2025
  • Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb 8 Dekabr, 2025
  • Kamboca Tailandın ittihamlarını təkzib edir 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.