Skip to content
18 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 093)
  • Dünya (3. 268)
  • Gündəm (11. 430)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Dərmanların qiymətində 350 faizlik fərq – AĞLASIĞMAZ RƏQƏMLƏR ÜZƏ ÇIXDI – VİDEO

Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır. BAKU.WS-in “Xəzər Xəbər”ə istinadən məlumatına görə,
Cavidan 28 İyun, 2022

Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır.

BAKU.WS-in “Xəzər Xəbər”ə istinadən məlumatına görə, eyni dərmanların kəskin fərqlə baha satılması vətəndaşları narazı salır.

Məsələn: Ölkəmizdə 75 manata satılan “Qalusmet” preparatı qonşu ölkələrdə 25 manata, 51 manata satılan “Dostinek” 20 manata, 28 manata satılan “Tripliksam” 10 manata, 56 manata satılan “Skin kap aerazol” 20 manata, 193 manata satılan “Zoladeks” isə 58 manata təklif olunur.

Göründüyü kimi, buradakı qiymət fərqi 10-15 faizlə deyil, 200-350 faizlə ölçülür. Üstəlik, bu dərmanlar ölkəmizdə tez-tez rast gəlinən şəkər, təzyiq, ürək və digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğundan, qiymət fərqindən yaranan ödənişlər vətəndaşların büdcəsində ciddi yer tutur.

Əczaçılar da tez-tez vətəndaşların bu qəbildən olan şikayətləri ilə qarşılaşdıqlarını deyirlər. Onlar qiymətlər arasında bu qədər fərqin olmasını isə logistika xərcləri ilə izah edirlər.

Mövzuya münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hesab edir ki, dərmanların qiymətləri arasındakı bu qədər fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.

Deputatın fikrincə, qiymət fərqindən irəli gələn problemləri həll etmək üçün xüsusi qurum olmalıdır. Bu qurum dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməlidir.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.

Continue Reading

Previous: İlham Əliyev Kəlbəcər və Laçında…
Next: Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

Bölmənin digər xəbərləri

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ
  • Gündəm

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ

18 Mart, 2026
Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir
  • Cəmiyyət

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir

18 Mart, 2026
Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər
  • Cəmiyyət

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər

18 Mart, 2026

Top 7 Xəbər

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ 1

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ

18 Mart, 2026
Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir 2

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir

18 Mart, 2026
Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər 3

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər

18 Mart, 2026
Bu ərazilərdə işıq olmayacaq 4

Bu ərazilərdə işıq olmayacaq

18 Mart, 2026
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 5

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir

18 Mart, 2026
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib 6

Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib

18 Mart, 2026
Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 7

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 093)
  • Dünya (3. 268)
  • Gündəm (11. 430)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9093) Dünya (3268) Gündəm (11430) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2968) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah 20 dərəcə isti olacaq – PROQNOZ 18 Mart, 2026
  • Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir 18 Mart, 2026
  • Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər 18 Mart, 2026
  • Bu ərazilərdə işıq olmayacaq 18 Mart, 2026
  • UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir 18 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.