Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İçkiyə və qadınlara görə klublardan qovulan – “Neftçi”nin yeni baş məşqçisi
  • Cəmiyyət
  • İdman

İçkiyə və qadınlara görə klublardan qovulan – “Neftçi”nin yeni baş məşqçisi

Uzun müddətli axtarışlardan sonra “Neftçi” nəhayət ki, baş məşqçi təyinatını gerçəkləşdirib. “Qafqazinfo” xəbər verir ki, Vitali Vernidub, Ertoğrul
Cavidan 22 İyun, 2022
89

Uzun müddətli axtarışlardan sonra “Neftçi” nəhayət ki, baş məşqçi təyinatını gerçəkləşdirib. “Qafqazinfo” xəbər verir ki, Vitali Vernidub, Ertoğrul Sağlam və Viktor Qonçarenko kimi mütəxəssislərin adları hallansa da, klub rəhbərliyi sürpriz edərək rumıniyalı Laurentsiu Regekampfı posta gətirib. 

İlk baxışdan onun karyerası uğurlu görünür. Məsələn, Buxarest “Styaua”sını UEFA Avropa Liqasında 1/8 finala qədər daşıyıb. İşlədiyi Asiya ölkələrinin klublarında da uğursuz olmayıb. Taktiki baxımdan da Rumıniyada xüsusi biliyə məxsus biri kimi tanınır. 

Lakin Regekampf ölkəsində daha çox şəxsi həyatı ilə müzakirə olunub. Belə ki, çalışdırıcı Rumıniyanın ən tanınmış agentlərindən biri Ana Maria Prodanla evli olub. Ana Maria həm də menecerliyini ona həvalə edib. Güclü əlaqələri sayəsində də Prodan onu müxtəlif klublara aparıb və karyerasında rol oynayıb. 

Lakin 2018-ci ildən cütlük arasında münasibətlər pisləşməyə başlayıb. Buna səbəb isə məşqçinin alkoqol aludəçisi olması və tez-tez qızlarla əyləncələr təşkil etməsi olur. O, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəsl” klubundan gecə əyləncələrinə görə qovulur. 

Daha sonra Səudiyyə Ərəbistan “Əl Əhli” klubundan da bu hallara görə yolu ayrılır. Artıq Asiyada “iz qoyan” çalışdırıcı məcbur ölkəsinə qayıdır. “Universitatya” (Krayova) klubu ilə anlaşan məşqçinin sonradan rəhbərliklə münasibətləri korlanır. Krayova təmsilçisinin sahiblərindən biri olan Mihai Rotaru içkili halda görüntüləri yayılan çalışdırıcını klubdan qovmaq qərarına gəlir. 

Hətta 2015/2017-ci illərdə “Styaua”da işləyərkən o bu cür əməllərinə görə Cici Bekali tərəfindən klubdan uzaqlaşdırılır. Lakin həmin vaxt xanımı onu bu əməllərindən çəkindirməyə çalışır. 

Son 4 ildə çalışdığı bütün klublardan da eyni səbəbdən qovulur. 

Nəhayət, bu problemlərdən sonra Ana Maria Prodan onunla ayrılmağa qərar verir. Rumıniya mediası Regekampfun hazırda ölkənin ən məşhur eskort fahişələrindən olan Corina Caciucla münasibətdə olduğunu iddia edib.

Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərində, İngiltərədə, İtaliyada, Fransada və Almaniyada kifayət qədər məşhur olan Corina çalışdırıcının ad-sanından istifadə edir. Həmçinin onun maddi imkanlarından yararlanır. Nəticədə artıq Rumıniyada da məşqçiyə etimad göstərilmir. Son illərdə istər dünya, istərsə də, rumın mətbuatında Laurentsiu Regekampf haqqında onlarla xəbər dərc olunub. Həmin xəbərlərin çoxun onun içki aludəçisi və qadınlarla münasibətlərindən bəhs edir. 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda ət ucuzlaşacaq
Next: İşsizlikdən sığortanın gəlir və xərcləri 1 milyon artırılır

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 112302
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Cavidan 27 İyun, 2026
RFrFrQEtf5UcsefdgZSln5Xb
  • Cəmiyyət

Ukrayna Volqoqradda “Titan-Barrikadı” zavoduna zərbə endirib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.