Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Şuşaya həsr olunmuş “Bu qala bizim qala” sənədli filmi hazırlandı – Video
  • Cəmiyyət

Şuşaya həsr olunmuş “Bu qala bizim qala” sənədli filmi hazırlandı – Video

Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşaya həsr edilən sənədli film ərsəyə gəlib. Şuşa şəhərinin əsasının qoyulmasının 270 illliyi ərəfəsində
Cavidan 17 İyun, 2022
susa1111111

[center][img]http://azadmedia.az/uploads/posts/2022-06/1655472383_susa1111111.jpg[/img][/center]

Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşaya həsr edilən sənədli film ərsəyə gəlib.

Şuşa şəhərinin əsasının qoyulmasının 270 illliyi ərəfəsində Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixli sərəncamıyla 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib.

“Bakı Vaxtı Xəbər Portalı” MMC bu yüksək təşəbbüsə qoşularaq, “Şuşa İli” və Şuşanın 270 illik yubileyi münasibətilə “Bu qala bizim qala” sənədli filmini hazırlayıb.

Ekran əsərində Şuşa şəhərinin tarixindən, coğrafi mövqeyindən, təkrarolunmaz təbiətindən, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələrdən, həmçinin onun Qarabağ xanlığı dövründən və Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışılır.

Filmdə Şuşa şəhərinin tarixinə qısa nəzər salınır:

-Şuşa qalasının tikilməsi və Qarabağ xanlığının paytaxtı elan edilməsinin Azərbaycanın və Türk-İslam dünyasının tarixi üçün önəmindən;

-Şuşanın mədəniyyət, təhsil, istirahət və şəfa mərkəzi kimi şöhrət tapdığı əsr yarımlıq bir dövrdən;

-Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə Şuşanın təhlükə altına düşdüyü, döyüşdüyü, Ermənistan Respublikası tərəfindən işğal olunduğu ağır illərdən;

-Azərbaycan xalqının Şuşa həsrəti və Şuşa ümidi ilə yaşadığı 10 410 gündən;

-44 günlük müqəddəs Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində Şuşa şəhərinin azad olunması ilə düşmən üzərində hərbi qələbəmizin tamamlanmasından;

-Şuşanın və Azərbaycanın Zəfər günü ilə başlanan yeni tarixi yüksəlişindən danışılır.

Sənədli filmdə qəhrəman Azərbaycan əsgərinin şücayətindən, mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından da söz açılıb.

“Bu qala bizim qala” sənədli filminin ideya müəllifi “Bakı Vaxtı Xəbər Portalı” MMC-nin təsisçisi İqbal Alısoy, ssenari müəllifi Seymur Şahbazov, rejissor Emil Babayev, redaktorlar Qalib İbrahimoğlu və Ramid İbrahimovdur.

“Bakı Vaxtı” Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan şəhərə öz sənət töhfəsini təqdim edir:

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Yoluxanların sayı artdı
Next: Azərbaycan nefti 121 dollardan satılır

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 090951
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

Cavidan 6 İyul, 2026
Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 691)
  • Dünya (3. 435)
  • Gündəm (11. 925)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 1
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-06 095348 2
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

6 İyul, 2026
Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq Screenshot 2026-07-06 090951 3
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

6 İyul, 2026
Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 4
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 5
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9691) Dünya (3435) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.