Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Qarabağ və Şərqi Zəngəzurda TV yayım kanalları ayrıldı
  • Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzurda TV yayım kanalları ayrıldı

Audiovizual Şura Qarabağ və Şərqi Zəngəzurda televiziya yayım kanallarının ayrılması barədə qərar verib. Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan
Cavidan 8 İyun, 2022
1654691233.e6dbbc12-88ba-3152-91db-bbada01b4da3_850

Audiovizual Şura Qarabağ və Şərqi Zəngəzurda televiziya yayım kanallarının ayrılması barədə qərar verib.

Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən Şuraya daxil olmuş 18 mart 2022-ci il tarixli 109-1-9/399-22 nömrəli məktubu, bununla bağlı Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin 06 iyun 2022-ci il tarixli 1 nömrəli rəyini nəzərə alaraq, ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə “Media haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

1. Aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılsın:

Xocavənd rayonu ərazisində yerləşən “Şahyeri” RTYS-dan 47-ci TV yayım kanalı (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
Zəngilan rayonu ərazisində yerləşən “Mincivan” avtomatik RTYS-dan 43-cü TV yayım kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən “Xanlıq” avtomatik RTYS-dan 26-cı TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən “Balasoltanlı” RTYS-dan 43-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Kəlbəcər rayonu ərazisində yerləşən “Kəlbəcər” avtomatik RTYS-dan 23-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla).

2. Siyahıda qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış TV yayım kanallarından yayım həyata keçirəcək ümumölkə və regional (Şərqi Zəngəzur və Qarabağ bölgələri üzrə) yerüstü televiziya yayımçıları həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versinlər.

3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu çimərliklərdə bakteriyalar aşkarlanıb – SİYAHI
Next: Azərbaycanda dönərdən kütləvi ZƏHƏRLƏNMƏ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 115314
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

Cavidan 1 İyul, 2026
u8HwkL02lcV
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 100140
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 669)
  • Dünya (3. 430)
  • Gündəm (11. 915)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub Screenshot 2026-07-01 121850 1
  • Gündəm

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

1 İyul, 2026
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb Screenshot 2026-07-01 115314 2
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

1 İyul, 2026
Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib” u8HwkL02lcV 3
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

1 İyul, 2026
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək Screenshot 2026-07-01 102316 4
  • İdman

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

1 İyul, 2026
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 5
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9669) Dünya (3430) Gündəm (11915) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.