Skip to content
29 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 779)
  • Dünya (3. 155)
  • Gündəm (10. 980)
  • İdman (612)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 322)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Qabiliyyət imtahanı bu tarixdə keçiriləcək

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən
Cavidan 2 İyun, 2022

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2022-ci il iyunun 3-dən 6-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər iyunun 8-də “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və iyunun 9-dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir.

Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

  1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;
  2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

  1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.
  2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.

Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər, proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Continue Reading

Previous: Azərbaycan ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoydu
Next: Bu günün hava proqnozu açıqlandı

Bölmənin digər xəbərləri

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO
  • Cəmiyyət

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO

29 Yanvar, 2026
“Qardaşım ölməyib, sağdır” – Əhəd Abıyev
  • Cəmiyyət

“Qardaşım ölməyib, sağdır” – Əhəd Abıyev

29 Yanvar, 2026
Bu Fərmanın icra müddəti başa çatıb
  • Cəmiyyət

Bu Fərmanın icra müddəti başa çatıb

29 Yanvar, 2026

Top 7 Xəbər

“Axios”: İsrail və Səudiyyə Ərəbistanından olan hərbi rəsmilər Vaşinqtonda İranı müzakirə edir 1

“Axios”: İsrail və Səudiyyə Ərəbistanından olan hərbi rəsmilər Vaşinqtonda İranı müzakirə edir

29 Yanvar, 2026
ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib 2

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

29 Yanvar, 2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO 3

Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO

29 Yanvar, 2026
“Qardaşım ölməyib, sağdır” – Əhəd Abıyev 4

“Qardaşım ölməyib, sağdır” – Əhəd Abıyev

29 Yanvar, 2026
Bu Fərmanın icra müddəti başa çatıb 5

Bu Fərmanın icra müddəti başa çatıb

29 Yanvar, 2026
Yasamaldakı həmin qara paltarlı qadın tutuldu – Video 6

Yasamaldakı həmin qara paltarlı qadın tutuldu – Video

29 Yanvar, 2026
Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ 7

Ödənilməyən cərimələr bu qaydada TUTULACAQ

29 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 779)
  • Dünya (3. 155)
  • Gündəm (10. 980)
  • İdman (612)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 322)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8779) Dünya (3155) Gündəm (10980) Kateqoriyasızlar (456) Kriminal (1322) Mədəniyyət (331) Siyasət (2929) Texnologiya (14) İdman (612) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Axios”: İsrail və Səudiyyə Ərəbistanından olan hərbi rəsmilər Vaşinqtonda İranı müzakirə edir 29 Yanvar, 2026
  • ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib 29 Yanvar, 2026
  • Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilir – VİDEO 29 Yanvar, 2026
  • “Qardaşım ölməyib, sağdır” – Əhəd Abıyev 29 Yanvar, 2026
  • Bu Fərmanın icra müddəti başa çatıb 29 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.