Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Şagirdlər üçün iş dəftərləri niyə yoxa çıxıb?
  • Cəmiyyət

Şagirdlər üçün iş dəftərləri niyə yoxa çıxıb?

Məktəblərin ibtidai siniflərində tədrisin ikinci həftəsi başlasa da, hələ də bir çox valideyn iş dəftərlərini ala bilməyib. Aşağı
Cavidan 30 Sentyabr, 2021
1620467531_1_sinif_120719__2

Məktəblərin ibtidai siniflərində tədrisin ikinci həftəsi başlasa da, hələ də bir çox valideyn iş dəftərlərini ala bilməyib. Aşağı siniflər üçün dərs vəsaitlərinin yalnız poçt şöbələrində satılması müəyyən problemlərə səbəb olub.

Poçta müraciət edən valideynlər orada sözügedən ləvazimatların tapılmadığını deyirlər. Məsələ sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Bəzi valideynlər iş dəftərlərini ucqar rayonlarda yerləşən poçt şöbələrindən tanışlıqla əldə etdiklərini iddia edirlər. Həmçinin poçtda tapılmayan 4 iş dəftərinin daxil olduğu 10 manatlıq paketin xeyli baha – 16 manata əlaltı satıldığı bildirilir.

“Qafqazinfo” yaranmış problemlə bağlı Təhsil İnstitutu ilə əlaqə saxlayıb. İnstitutdan sorğumuza cavab olaraq deyilib ki, ötən illərdə olduğu kimi, iş dəftərlərinin əldə olunması “Azərpoçt MMC” vasitəsilə həyata keçirilir: “İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir”.

“Azərpoçt” MMC-dən isə verdiyimiz sorğuyla bağlı bildirilib ki, qeyd edilən informasiya həqiqəti əks etdirmir: ““Azərpoçt” MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla respublika üzrə bütün poçt şöbələrində həyata keçirilir. İş dəftərləri tələbata uyğun olaraq gündəlik hər bir poçt şöbəsinə paylanılır və satışı davam etdirilir. Qeyd edək ki, son bir neçə gün ərzində iş dəftərləri ilə bağlı poçt şöbələrinə müraciətlər çoxluq təşkil edir”.

İş dəftərlərinin tanışlıqla baha qiymətə satılması iddiasına gəlincə isə, qurumdan bildirilib ki, hər bir dərslik komplektinin üzərində qiymət qeyd edilib: “İş dəftərlərinin baha qiymətə satılması ilə bağlı “Azərpoçt” MMC-yə bu günə qədər heç bir müraciət daxil olmayıb”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün deputatlar 15 məsələni müzakirə edəcəklər
Next: Rafael Cəbrayılov həbsdə vəfat etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 112302
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Cavidan 27 İyun, 2026
RFrFrQEtf5UcsefdgZSln5Xb
  • Cəmiyyət

Ukrayna Volqoqradda “Titan-Barrikadı” zavoduna zərbə endirib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.