Xəzər Universitetinin yeməkxanasında yerləşdirilən elan müzakirələrə səbəb olub.
Addim.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə foto paylaşıb.
Sözügedən elanda tələbələrə bildirilib ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.
Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilovadır.