Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır” – Əhməd İsmayılov
  • Cəmiyyət

“Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır” – Əhməd İsmayılov

“Vətən müharibəsində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq da ölkənin müdafiəsinə qalxıb və onların əksəriyyəti
Cavidan 19 May, 2022
1652950619.-70222949162650917680531354510469716

“Vətən müharibəsində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq da ölkənin müdafiəsinə qalxıb və onların əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar”.
Bunu Medianin İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlər də var: “Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar. İndi isə Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və dəyərli nümunədir”.
Ə.İsmayılov 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək göstərən Türkiyə mediasına təşəkkür edib: “Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik”.
İcraçı direktor bildirib ki, hazırda Azərbaycan mediası ciddi və əhatəli islahatlar dönəmini yaşayır: “Prezident İlham Əliyevin ötən il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. MEDİA-nın yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir. Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı layihələr həyata keçirməkdədir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA-nın əsas prioritetlərindəndir”.
“Azərbaycanda plüralizmin, fikir və söz azadlığının təmin edilməsi, bütün media subyektlərinin inkişafı baxımından əlverişli mühitin yaradılması, eyni zamanda dövlətin jurnalist əməyinə diqqət və qayğısı bunun bariz sübutudur. Bundan başqa, geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul edilmiş, dövlət başçısının imzaladığı “Media haqqında” qanun Azərbaycanın milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətini artırmağa, xüsusilə də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfədir. Bizim ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı, jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var. Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə, səsimizin eşidilməsinə inanırıq. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün peşəkarlığımızı və sayıqlığımızı artırmalıyıq”, – o qeyd edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİ
Next: Nazirlər Şuşada keçirilən beynəlxalq konfransda

Bölmənin digər xəbərləri

JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026
oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.