Skip to content
16 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

ADY bəzi əməkdaşlarına beşqat maaş ödəyəcək

Azərbaycan Dəmir Yolları QSC (ADY) fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşları üçün vəzifə (tarif) maaşlarının 5 misli
Cavidan 16 May, 2022

Azərbaycan Dəmir Yolları QSC (ADY) fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşları üçün vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur.

Bu barədə Addim.az a Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycanda pandemiyanın təsirləri Azərbaycan Dəmir Yolları QSC-nin digər sahələri ilə yanaşı, sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırıb, eləcə də ölkədaxili və beynəlxalq sərnişin daşımalarında müəyyən məhdudiyyətlərin tətbiq olunmasına səbəb olub.

Məlumatda deyilir ki, həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə gətirib çıxarıb:

“Buna baxmayaraq aidiyyəti dövlət qurumlarının tövsiyələri nəzərə alınaraq pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq tam əmək haqlarının ödənilməsi təmin edilib”.

ADY bildirir ki, Azərbaycan Dəmir Yolları QSC-də 18 mindən çox işçi heyəti var:

“Pandemiya müddətində yalnız 2 000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 milyon manatdan artıq vəsaiti əhatə edən əmək haqqı ödənilib. Bundan əlavə yoluxmanın yüksək olduğu müxtəlif dövrlərdə istehsalatın fasiləsizliyi təmin edilməklə əməkdaşların növbəli şəkildə 30 % və ya 50 % işə cəlb edilməsi zamanı da bütün əməkdaşların əmək haqlarının tam məbləğdə ödənilməsi həyata keçirilib”.

Açıqlama qeyd edilir ki, hazırkı mühit yaranmış əvəzi ödənilməyən öhdəliklərin qarşısının alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin minimallaşdırılmasını, müvafiq fəaliyyətinin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri edib:

“Bununla bağlı Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində ödənişin tətbiqinə başlanılmış və sözügedən bütün tədbirlərin əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla həyata keçirilməsi təmin edilib.

Qeyd olunanlarla yanaşı, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların sonrakı məşğulluğunun təmin edilməsinə lazımi dəstəyin verilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb və bu əməkdaşların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilib”.

Qurum bildirilir ki, fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əmək haqqıya (tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində) yaxın və ya daha yuxarı əmək haqqının ödənilməsi təmin ediləcək. Eyni zamanda, sosial dayanıqlığın təmin edilməsi məqsədilə sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub, – ADY bildirir.

Continue Reading

Previous: Son turun oyun cədvəli açıqlandı
Next: Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Bölmənin digər xəbərləri

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
  • Cəmiyyət

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026

Top 7 Xəbər

“Oskar” mükafatının qaliblərinin adları açıqlanıb 1

“Oskar” mükafatının qaliblərinin adları açıqlanıb

16 Mart, 2026
CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 2

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 3

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 4

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 5

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 6

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 7

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9080) Dünya (3264) Gündəm (11409) Kateqoriyasızlar (474) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Oskar” mükafatının qaliblərinin adları açıqlanıb 16 Mart, 2026
  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.