Skip to content
7 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 390)
  • Dünya (3. 354)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.Məlumatda deyilir:“Avroviziya-2022” mahnı müsabiqəsinin final
Cavidan 16 May, 2022

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar İTV-də təəssüflə qarşılanıb. Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.
Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.
Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.
Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək”.

Continue Reading

Previous: Magistraturaya sənəd qəbulu yekunlaşır
Next: Son turun oyun cədvəli açıqlandı

Bölmənin digər xəbərləri

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib
  • Cəmiyyət

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
  • Cəmiyyət

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

7 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb
  • Cəmiyyət

Balakən kanat yolunun inşasına başlanılıb

7 May, 2026

Top 7 Xəbər

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 1

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

7 May, 2026
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb 2

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

7 May, 2026
Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 3

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

7 May, 2026
Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 4

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

7 May, 2026
Balakən kanat yolunun inşasına başlanılıb 5

Balakən kanat yolunun inşasına başlanılıb

7 May, 2026
Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb 6

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

7 May, 2026
Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq 7

Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq

7 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 390)
  • Dünya (3. 354)
  • Gündəm (11. 726)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (492)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9390) Dünya (3354) Gündəm (11726) Kateqoriyasızlar (492) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil 7 May, 2026
  • Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb 7 May, 2026
  • Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib 7 May, 2026
  • Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək 7 May, 2026
  • Balakən kanat yolunun inşasına başlanılıb 7 May, 2026
© Addim.az | MoreNews by AF themes.