Skip to content
16 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 082)
  • Dünya (3. 264)
  • Gündəm (11. 410)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.Məlumatda deyilir:“Avroviziya-2022” mahnı müsabiqəsinin final
Cavidan 16 May, 2022

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar İTV-də təəssüflə qarşılanıb. Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verildi. Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.
Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.
Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.
Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək”.

Continue Reading

Previous: Magistraturaya sənəd qəbulu yekunlaşır
Next: Son turun oyun cədvəli açıqlandı

Bölmənin digər xəbərləri

Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb
  • Cəmiyyət

Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

16 Mart, 2026
Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR
  • Cəmiyyət

Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR

16 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026

Top 7 Xəbər

Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb 1

Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

16 Mart, 2026
Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR 2

Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR

16 Mart, 2026
“Oskar” mükafatının qaliblərinin adları açıqlanıb 3

“Oskar” mükafatının qaliblərinin adları açıqlanıb

16 Mart, 2026
CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 4

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 5

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 6

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 7

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 082)
  • Dünya (3. 264)
  • Gündəm (11. 410)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9082) Dünya (3264) Gündəm (11410) Kateqoriyasızlar (474) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb 16 Mart, 2026
  • Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR 16 Mart, 2026
  • “Oskar” mükafatının qaliblərinin adları açıqlanıb 16 Mart, 2026
  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.