Skip to content
18 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 090)
  • Dünya (3. 268)
  • Gündəm (11. 426)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

ABŞ-da erməni vəhşiliyini əks etdirən Qarabağ sərgisi

Mayın 5-də ABŞ-ın Nyu York şəhərində erməni vandallığını əks etdirən Qarabağ sərgi keçiriləcək.Addim.az Report-a istinadən xəbər verir ki,
Cavidan 4 May, 2022

Mayın 5-də ABŞ-ın Nyu York şəhərində erməni vandallığını əks etdirən Qarabağ sərgi keçiriləcək.
Addim.az Report-a istinadən xəbər verir ki, bu barədə “Notizie geopolitiche” nəşri yazıb.
Sərginin kuratoru Angelo Bucarellidir, fotolar və videolar Fabrisio Contiyə məxsusdur.
Dağıntı qalaqları sənədli film ustası Fabrisio Kontini heyrətləndirib
Nəşr qeyd edib ki, cəmi 30 il əvvəl Azərbaycanın Ağdam şəhərində 60 min sakin yaşayıb: “Orada teatr, kinoteatr, hava limanı var idi. İndi bu, təbiətin zəbt etdiyi dağıntı qalaqlarına çevrilmiş binalar və çox az sayda ziyarətçi üçün orda-burda parıldayan həyat əlamətlərinin olduğu məkandır. Bütün bunlar belə sirli, təhlükəli, bəzən əlçatmaz yerə getməyə qərar verən yaradıcı, kinorejissor, sənədli film ustası Fabrisio Kontini heyrətləndirdi. Onun niyyəti sonsuz döyüşlərin ardınca baş verən dağıntı və ümidsizliyi, eləcə də insanların tərk etdiyi yerlərin sağ qalmasının viranəliyini çəkmək idi.
Beləliklə, Kontinin layihəsi genişdir: Ağdam və digər kəndlərinin tərk edildiyi Qarabağ dünyaya səpələnmiş ruhlar şəhərlərini birləşdirəcək hesabatlardan yalnız birincisidir”.
“Mən ilk dəfə 2021-ci ilin fevralında Ağdama səfər etmişəm; – layihəmə oradan başlamaq istədim. Ərazi minalanıb. Bir vaxtlar çiçəklənən şəhərə ilk dəfə daxil olanda gördüklərimi sözlə ifadə etmək çətindir; bu səbəbdən, istədim ki, Ermənistanın işğalı zamanı, həyatı tədricən məhv edilən, Ağdamı dünyanın ən böyük xəyal şəhərinə çevirən, sistematik dağıntılardan bəhs edən foto və videolarım “danışsın”, – Fabrisio deyib.
Beləliklə, bu bir urbisiddir və əslində sərgi adından tutmuş, tarixdə ən məşhur sistematik dağıntılara – Romaya meydan oxumağa cəsarət edən Karfagenə hörmət edir. Digər tərəfdən, Ağdamın dağıdılmasında məqsəd birdir: Azərbaycan xalqının öz şəhərlərinə qayıtmasının qarşısını almaq.
“Fabrisio Konti öz töhfəsini vermək, Qarabağı yad etmək üçün Ağdama səfər etmək qərarına gələndə, hər yerə səpələnmiş minaların yaratdığı təhlükəyə qarşı duraraq, tərk edilmiş şəhərin səssizliyinə doğru addımladı. İl yarımdır yerli sakinlərlə müsahibələr aparan, şəkillər, film çəkən, həmişə öz missiyasına dalmış biri üçün bu gün həmin ərazinin heç bir sirri yoxdur. Kontinin topladığı material təkcə povest qabiliyyətini deyil, həm də retuş tələb etməyən rəsm kimi hər bir fərdi obrazı birləşdirməyə bədii yanaşmanı ortaya qoyur”, – kurator Angelo Bucarelli xatırlayır.
Sərgi hər kəsə açıq olacaq və mayın 5-də saat 17:00-dan 21:00-a kimi davam edəcək. Sərgidə Fabrisio Kontinin bütün hesabatının kataloqu, həmçinin sərgidə nümayiş etdirilən 25 fotoşəkil nümayiş etdiriləcək.
Bioqrafik qeydlərə gəlincə qeyd edək ki, Fabrisio Konti, dünyanın ən mühüm institutları və brendləri üçün böyük tədbirlər və layihələrin kuratoru olub.
Şəkillər kataloq şəklində çap edilərək bir çox ölkələrdə sərgilərdə nümayiş olunacaq
Angelo Bucarelli beynəlxalq kurator və ünsiyyət dəyərlərinə diqqət yetirən mədəni tədbirlər və proqramların təşkilatçısıdır. O, İtaliya və ABŞ-da təlim keçib, sənət dünyasının böyük qəhrəmanları ilə bədii və mədəni əməkdaşlıq ssenarisinin şahidlik edib.
Daha əvvəl – aprelin əvvəllərində Bakıda “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransında layihənin kuratoru Angelo Bucarelli də iştirak edib. Bildirilib ki, layihə çərçivəsində bu ilin qış, yaz, yay və payız fəsillərində xarici fotoqrafların Şuşa şəhərinə səfərləri təşkil olunacaq. Angelo Bucarelli bildirib ki, layihə vasitəsilə Azərbaycan mədəni irsi dünyada daha yaxşı tanınacaq:
“Fotoqraflar müxtəlif ölkələrdən ölduğu üçün mədəniyyətlərin birləşməsi mümkün olacaq. Hər mövsüm üçün 30-40 keyfiyyətli fotolar seçiləcək. Toplanan şəkillər kataloq şəklində çap ediləcək. Daha sonra Bakıdan başlayaraq və dünyanın bir çox ölkələrində sərgilər təşkil ediləcək. Şəkillərlə virtual tanışlıq üçün veb sayt yaradılması planlaşdırılır”.

Continue Reading

Previous: Bu gündən birinci sinfə qeydiyyat başlayır – diqqət
Next: İcra başçısı Arif Qasımovun kadrını İŞDƏN ÇIXARDI

Bölmənin digər xəbərləri

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib
  • Cəmiyyət

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək
  • Cəmiyyət

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib
  • Cəmiyyət

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026

Top 7 Xəbər

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 1

Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart, 2026
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 2

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 3

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 4

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 5

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 6

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 7

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 090)
  • Dünya (3. 268)
  • Gündəm (11. 426)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9090) Dünya (3268) Gündəm (11426) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2967) Texnologiya (14) İdman (637) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib 17 Mart, 2026
  • Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 17 Mart, 2026
  • Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 17 Mart, 2026
  • Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 17 Mart, 2026
  • Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.