Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukraynada nəzarətin bərpa olunduğu Borodyanka, Buça və İrpin şəhərlərinə səfər edib.
Quterreş Borodyankanın müharibədən zərər çəkmiş məhəllələrinə baxış keçirdikdən sonra: “Mən ailəmi o uçuq-sökük və qaralmış evlərdən birində təsəvvür edirəm. Nəvələrimin təşviş içində qaçdığını görürəm. Ailə üzvlərindən biri öldü. 21-ci əsrdə müharibə cəfəngiyyatdır, 21-ci əsrdə müharibə qəddardır, qəbuledilməzdir”, – deyib.
Buça səfəri zamanı o, Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarının burada olmasından və baş verənləri araşdırmaqdan məmnun olduğunu açıqlayıb.
Bölmələr
- Cəmiyyət (5. 860)
- Dünya (2. 109)
- Gündəm (7. 006)
- İdman (358)
- İqtisadiyyat (395)
- Kateqoriyasızlar (265)
- Kriminal (1. 019)
- Mədəniyyət (227)
- Siyasət (2. 392)
- Texnologiya (14)