Skip to content
19 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 106)
  • Dünya (3. 270)
  • Gündəm (11. 444)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bu gün 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

Bu gün Azərbaycanın 13 şəhər və rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi
Cavidan 23 Aprel, 2022

Bu gün Azərbaycanın 13 şəhər və rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Bu günkü imtahanlarda 21 min 337 şagirdin iştirakı gözlənilir.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
Şagirdlər binaya daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Continue Reading

Previous: Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Next: DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürdü

Bölmənin digər xəbərləri

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib
  • Cəmiyyət

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

19 Mart, 2026
Bayram günlərinin hava proqnozu açıqlanıb
  • Cəmiyyət

Bayram günlərinin hava proqnozu açıqlanıb

19 Mart, 2026
Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq
  • Cəmiyyət

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 Mart, 2026

Top 7 Xəbər

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib 1

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

19 Mart, 2026
Bayram günlərinin hava proqnozu açıqlanıb 2

Bayram günlərinin hava proqnozu açıqlanıb

19 Mart, 2026
Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq 3

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

19 Mart, 2026
Azərbaycanda sabahdan 11 günlük tətil başlayır 4

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

19 Mart, 2026
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib 5

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

19 Mart, 2026
Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 6

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart, 2026
Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub 7

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

19 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 106)
  • Dünya (3. 270)
  • Gündəm (11. 444)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9106) Dünya (3270) Gündəm (11444) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (340) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib 19 Mart, 2026
  • Bayram günlərinin hava proqnozu açıqlanıb 19 Mart, 2026
  • Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq 19 Mart, 2026
  • Azərbaycanda sabahdan 11 günlük tətil başlayır 19 Mart, 2026
  • Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib 19 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.