Skip to content
14 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 416)
  • Dünya (3. 364)
  • Gündəm (11. 745)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 386)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Cəmiyyət
  • Siyasət

Prezident və xanımı Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb.Mətndə deyilir:“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir.
Cavidan 9 Aprel, 2022

Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mətndə deyilir:
“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almış, 1951-ci ildə isə SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş və burada 1955-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Teymur Bünyadov 1955–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda tarixi etnoqrafiya şöbəsinin müdiri olmuşdur.
Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür.
O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada etnoqrafiya elminin inkişafına sanballı töhfələr vermişdir. Geniş elmi maraq dairəsi olan alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim dövrlərinin bir sıra problemlərini araşdırmışdır. O, 30-dan çox kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi idi. Alimin Azərbaycanda əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq və xalq məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və lazımınca dəyərləndirilmişdir. Azərbaycanın etnoqrafiyasına dair fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə işıq üzü görmüşdür.
Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmişdir. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirərək, uzun illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr oxumuşdur. Teymur Bünyadov bir sıra mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir.
O, eyni zamanda zəngin bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər göstərmişdir.
Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə məşğul olmuşdur. O, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
Arif Həşimov
İsa Həbibbəyli
Nailə Vəlixanlı
Yaqub Mahmudov”.

Continue Reading

Previous: Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi
Next: İlham Əliyev bu federasiyaya 1 milyon manat ayırdı – SƏRƏNCAM

Bölmənin digər xəbərləri

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib
  • Cəmiyyət

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

13 May, 2026
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib
  • Cəmiyyət

Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib

13 May, 2026
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib
  • Cəmiyyət

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

13 May, 2026

Top 7 Xəbər

Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək 1

Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək

13 May, 2026
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib 2

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

13 May, 2026
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub 3

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub

13 May, 2026
Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib 4

Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib

13 May, 2026
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib 5

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

13 May, 2026
Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb 6

Türkiyə XİN: Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb

13 May, 2026
Rusiya yeni “Sarmat” raketini uğurla sınaqdan keçirib 7

Rusiya yeni “Sarmat” raketini uğurla sınaqdan keçirib

12 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 416)
  • Dünya (3. 364)
  • Gündəm (11. 745)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 386)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9416) Dünya (3364) Gündəm (11745) Kateqoriyasızlar (495) Kriminal (1386) Mədəniyyət (349) Siyasət (2989) Texnologiya (14) İdman (651) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək 13 May, 2026
  • Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib 13 May, 2026
  • “Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı olub 13 May, 2026
  • Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib 13 May, 2026
  • Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib 13 May, 2026
© Addim.az | MoreNews by AF themes.