Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev İsrailin turizm nazirini qəbul etdi – YENİLƏNİB
  • Siyasət

İlham Əliyev İsrailin turizm nazirini qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul
Cavidan 5 Aprel, 2022
1649140523_16491403554393036759_1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirərək İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev həyata keçirilən qarşılıqlı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib.

İqtisadi sferada əlaqələrə toxunan dövlət başçısı energetika sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, Azərbaycanın İsrailin mühüm neft təchizatçılarından biri olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerjiyə artıq fəal şəkildə sərmayə qoyulduğunu bildirərək, İsrail şirkətlərinin də ölkəmizdə bu sahəyə maraq göstərdiyini qeyd edib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu bildirib. Dövlət başçısı İsrail şirkətlərinin yüksək texnologiyalar sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.

Dövlət başçısı hərbi-texniki sahədə də ölkələrimiz arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib.

İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilk növbədə Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Qonaq Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayaraq uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirib. O, yəhudi icmasının ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini deyib və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğulayıb.

“İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir”, – deyən qonaq Ermənistanla Azərbaycan arasında danışıqların uğurlu olacağına və bunun da regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.

Yoel Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etməkdə də maraqlı olduqlarını deyib.

Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu vurğulayan İsrailin turizm naziri ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunun İsrail şirkətləri üçün cəlbedici olduğunu qeyd edib.

Yoel Razvozov bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin də qeyd olunduğunu vurğulayıb.

*** 10:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoal Razvozovu qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 30 rus diplomatı İtaliyadan çıxarıldı
Next: Küveyt hökuməti istefa verdi

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 152001
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026
Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 697)
  • Dünya (3. 443)
  • Gündəm (11. 928)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

34° isti, yağış, dolu… – Sabahın havası JlUrdPT2xgmb3zqys0E v 1
  • Cəmiyyət

34° isti, yağış, dolu… – Sabahın havası

7 İyul, 2026
Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi Screenshot 2026-07-07 125731 2
  • Dünya

Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi

7 İyul, 2026
Bağçalara elektron qəbul başlayıb Screenshot 2026-07-07 122538 3
  • Cəmiyyət

Bağçalara elektron qəbul başlayıb

7 İyul, 2026
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib Screenshot 2026-07-07 115944 4
  • Dünya

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

7 İyul, 2026
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq Screenshot 2026-07-07 113754 5
  • Dünya

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9697) Dünya (3443) Gündəm (11928) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.