Skip to content
9 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Özbəkistan Prezidenti Sahibə Qafarovanı qəbul edib
  • Siyasət

Özbəkistan Prezidenti Sahibə Qafarovanı qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Milli Məclisin
Cavidan 2 Aprel, 2022
1648882593_6247f31ec4ed06247f31ec4ed116488824626247f31ec4ecd6247f31ec4ece

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Addim.az”a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təməlində ortaq tarixi köklərin, dil, din, mədəniyyət, adət-ənənə və dəyərlərin dayandığı vurğulanıb. Prezident Şavkat Mirziyoyev qeyd edib ki, münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Son illərdə isə Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafında daha geniş uğurlar əldə olunub. O, bildirib ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında dövlət başçılarımız arasında münasibətlərin mühüm rolu vardır.

Qeyd olunub ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatda mövcud vəziyyətə baxmayaraq, Azərbaycan və Özbəkistan arasında ikitərəfli təmaslarda müsbət dinamika qorunub. Qarşılıqlı fəaliyyətin bütün sahələrində – iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və sosial sahələrdə nəzərəçarpan irəliləyiş əldə olunub.

Bütün səviyyələrdə intensiv təmaslar qurulur, rəsmi nümayəndə heyətləri, işgüzar və ictimai dairələrin nümayəndələri arasında fikir mübadiləsi aparılır. Son illərdə pandemiyaya baxmayaraq, ticarət dörd dəfə artıb. İlin əvvəlindən ticarət dövriyyəsinin 25 faiz artması münasibətlərimizin müsbət xarakteristikasını göstərir.

Özbəkistan Prezidenti ikitərəfli münasibətlərin inkişafında qanunvericilik orqanlarının müsbət rolunu qeyd edərək, deyib ki, Özbəkistan və Azərbaycan parlamentləri arasında sıx və çoxşaxəli tərəfdaşlıq mövcuddur. Qarşılıqlı fəaliyyəti daha da inkişaf etdirmək üçün iki ölkənin qanunverici orqanları arasında sistemli və müntəzəm əməkdaşlığı daha da gücləndirmək lazımdır. Eyni zamanda, parlamentarilər xalqların bilavasitə nümayəndələri kimi “xalq diplomatiyasının” təşviqində, o cümlədən Özbəkistan və Azərbaycanın regionları arasında əlaqələrin möhkəmləndirilməsində, iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol oynamalıdırlar. Şavkat Mirziyoyev bu mənada Azərbaycan Milli Məclisi sədrinin səfərinin əhəmiyyətini və aparılan danışıqları yüksək qiymətləndirib.

Milli Məclisin sədri Sahibə Qafarova səmimi qəbula görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

O, deyib ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixi köklərə əsaslanan əlaqələr iki xalqın rifahı naminə möhkəmlənməkdə və inkişaf etməkdə davam edir. Spiker qeyd edib ki, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər çox dinamik, səmərəli və qarşılıqlı faydalı münasibətlərin inkişafında mühüm rol oynayır.

Parlamentlərimiz arasında əlaqələr haqqında məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz qanunverici orqanlar səviyyəsində də inkişaf edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir və deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı ikitərəfli əlaqələrin inkişafına töhfə verir.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın dövlət başçısına Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər, regionda yaranmış yeni şərait və imkanlar barədə ətraflı məlumat verib. Bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib. Qarabağ münaqişəsinin artıq tarixə çevrildiyini deyən Milli Məclisin sədri xatırladıb ki, Ermənistan işğal dövründə şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri dağıdıb və talan edib. Hazırda Azərbaycan azad edilmiş ərazilərində sürətli bərpa-quruculuq işləri həyata keçirir.

Milli Məclisin sədri dost Özbəkistanın hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini qeyd edib. O, bu mövqeyinə və Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə, Özbəkistana minnətdarlığını bildirib.

Prezident Şavkat Mirziyoyev onun da salamını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib və xoş arzularına görə ona minnətdarlığını bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mehriban Əliyevadan Ramazan paylaşımı – FOTO
Next: İlham Əliyev və Si Cinpin arasında məktub mübadiləsi olub

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-09 100711
  • Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Cavidan 9 İyul, 2026
Ekran şəkli 2026-07-04 152001
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 710)
  • Dünya (3. 449)
  • Gündəm (11. 937)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab Screenshot 2026-07-09 092105 1
  • Cəmiyyət

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab

9 İyul, 2026
Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir?  Screenshot 2026-07-09 111520 2
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

9 İyul, 2026
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər Screenshot 2026-07-09 103712 3
  • Cəmiyyət

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

9 İyul, 2026
Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib Screenshot 2026-07-09 100711 4
  • Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

9 İyul, 2026
Bu gün Azərbaycanda Diplomatiya Günüdür Screenshot 2026-07-09 092105 5
  • Cəmiyyət

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

9 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9710) Dünya (3449) Gündəm (11937) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.