Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Milli Olimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Siyasət

Milli Olimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:“2022-ci ildə Azərbaycan
Cavidan 28 Mart, 2022
1648458668.1620374376351083972_1000x669 (1)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olur.
Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur. İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, yüksək nəticələr qazanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Olimpiya Oyunlarında əldə olunan medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini artırmışlar.
Milli Olimpiya Komitəsinin mötəbər idman yarışlarının təşkili istiqamətində təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı böyük uğurla keçirilmişdir. Əldə edilmiş nailiyyətlər beynəlxalq miqyasda əks-səda doğurmuş, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Milli Olimpiya Komitəsinin təsis olunmasının 30 illiyinin ölkənin ictimai həyatında əhəmiyyətini nəzərə alaraq, habelə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Zelenskiyə azadlıq və ümid simvolu olan mükafat verildi
Next: Mübariz Mənsimov gəmisinə Polad Həşimovun adını verdi – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 105650
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-13 094032
  • Siyasət

Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışıb

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 091335
  • Siyasət

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 736)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 014)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər Screenshot 2026-07-14 105650 1
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

14 İyul, 2026
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib Screenshot 2026-07-14 103027 2
  • Cəmiyyət

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

14 İyul, 2026
Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb Screenshot 2026-07-14 101330 3
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

14 İyul, 2026
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür Screenshot 2026-07-14 095154 4
  • Cəmiyyət

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

14 İyul, 2026
Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb Screenshot 2026-07-14 093549 5
  • Kriminal

Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9736) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3014) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.