Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 793)
  • Dünya (3. 160)
  • Gündəm (10. 996)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Cəmiyyət
  • Siyasət

Prezident Azərbaycan xalqını təbrik etdi

Cavidan 18 Mart, 2022

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm.

Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.

İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!”.

Continue Reading

Previous: Mərkəzi Bank uçot dərəcəsini artırdı
Next: Bu rayonda unun qiyməti qalxıb – VİDEO

Bölmənin digər xəbərləri

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib
  • Cəmiyyət

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026
Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır
  • Cəmiyyət

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

31 Yanvar, 2026
Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir
  • Cəmiyyət

Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir

31 Yanvar, 2026

Top 7 Xəbər

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 1

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026
Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır 2

Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır

31 Yanvar, 2026
Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır 3

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

31 Yanvar, 2026
Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir 4

Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir

31 Yanvar, 2026
Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir 5

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir

31 Yanvar, 2026
İşdən çıxarılan icra başçısını kim əvəz edir? 6

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

31 Yanvar, 2026
Bu gün 6 min nəfər imtahan verəcək 7

Bu gün 6 min nəfər imtahan verəcək

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 793)
  • Dünya (3. 160)
  • Gündəm (10. 996)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8793) Dünya (3160) Gündəm (10996) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 31 Yanvar, 2026
  • Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır 31 Yanvar, 2026
  • Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır 31 Yanvar, 2026
  • Anar Bağırov: Vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir 31 Yanvar, 2026
  • Azərbaycan və BƏƏ hərbçilərinin birgə təliminin hazırlıq məşqləri keçirilir 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.