Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Müharibə veteranı olduqlarını belə öyrənəcəklər

Məlum olduğu kimi, I Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək “Zəfər” altsistemi
Cavidan 15 Fevral, 2022

Məlum olduğu kimi, I Qarabağ müharibəsi, Vətən müharibəsinəqədərki və Vətən müharibəsində status alan şəxsləri əhatə edəcək “Zəfər” altsistemi artıq fəaliyyətə başlayıb. Sistemin yaradılmasında məqsəd şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin, müharibə veteranlarına dair məlumatların qurumlar arasında mübadiləsi mexanizminin təkmilləşdirilməsidir.

Bəs sözügedən şəxslərlə bağlı məlumatlar sistemə necə daxil edilir? Bunun üçün sözügedən meyarlara cavab verən şəxslər hansı orqanlara müraciət etməlidirlər? “Zəfər” altsisteminə hər bir vətəndaşın girişi olacaqmı?

Bu suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sistemə məlumatlar aidiyyəti qurumlar tərəfindən yerləşdirilir. Bunun üçün vətəndaşların hansısa quruma müraciətinə ehtiyac yoxdur.

Nazirlikdən verilən məlumata görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışı təmin edilib:

“Hazırda fəaliyyət göstərən “Zəfər” altsistemi qeyd edilən kateqoriyalara aid vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində aidiyyəti qurumlar tərəfindən daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsinə imkan verir. Məsələn, müvafiq qurumlar “Müharibə veteranı” adı verdikləri şəxslər barədə məlumatları “Zəfər” altsisteminə daxil edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə altsistemə daxil edilmiş bu məlumatlara istinadən həmin şəxslərə heç bir müraciətlərinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan, operativ şəkildə, elektron sistem üzərindən proaktiv qaydada Prezidentin aylıq təqaüdünü təyin edir”.

Göründüyü kimi, sistem vətəndaşlar üçün açıq deyil, bura yalnız sözügedən dövlət qurumları giriş əldə edə bilirlər. Nazirlikdən həmçinin qeyd edildi ki, şəhid ailəsinin üzvü statusu almış şəxslər, müharibə əlilləri və müharibə veteranları özləri barədə məlumatları əldə etmək üçün isə e-sosial.az portalından faydalana bilərlər. 2019-cu ildən istifadəyə verilən, ölkənin sosial reyestri e-sosial.az portalı qeydiyyatdan keçdikdən sonra vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış imkanı yaradır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi Prezident İlham Əliyevin 27 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.

Continue Reading

Previous: Prezident onları təltif etdi – SİYAHI
Next: Milli Məclis 11 məsələyə görə toplaşır

Bölmənin digər xəbərləri

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı
  • Siyasət

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı

30 Yanvar, 2026
Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • Siyasət

Prezident İlham Əliyev Yunanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

30 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB
  • Gündəm

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026

Top 7 Xəbər

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 1

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB

31 Yanvar, 2026
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 2

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

31 Yanvar, 2026
Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 3

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

31 Yanvar, 2026
Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 4

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

31 Yanvar, 2026
İranda internet bərpa olundu 5

İranda internet bərpa olundu

31 Yanvar, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək 6

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

31 Yanvar, 2026
Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib 7

Bakıda daha 2 müntəzəm marşrut xəttinin avtobusları yenilənib

31 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 796)
  • Dünya (3. 161)
  • Gündəm (11. 000)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8796) Dünya (3161) Gündəm (11000) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq – YENİLƏNİB 31 Yanvar, 2026
  • Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb 31 Yanvar, 2026
  • Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq 31 Yanvar, 2026
  • Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb 31 Yanvar, 2026
  • İranda internet bərpa olundu 31 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.