Skip to content
6 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib
  • Siyasət

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Azərbaycan Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib.
Cavidan 2 Sentyabr, 2026
Screenshot 2026-09-02 121255

Azərbaycan Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib.

Bu barədə Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Dövlət başçısı müraciətində bildirib ki, ilkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb:

“Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır”.

Azərbaycan lideri müraciətində xatırladıb ki, Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb:

“Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib”.

İlham Əliyev müraciətində vurğulayıb ki, Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır:

“Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir”.

Post navigation

Previous: Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Next: Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

Bölmənin digər xəbərləri

Снимок экрана 2026-09-04 183017
  • Gündəm

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli – ŞƏRH

Cavidan 4 Sentyabr, 2026
Снимок экрана 2026-09-04 154310
  • Siyasət

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Cavidan 4 Sentyabr, 2026
raABL4tiV349sucf
  • Siyasət

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

Cavidan 4 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 080)
  • Dünya (1. 050)
  • Gündəm (3. 349)
  • İdman (232)
  • İqtisadiyyat (158)
  • Kateqoriyasızlar (203)
  • Kriminal (280)
  • Mədəniyyət (94)
  • Siyasət (409)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb TYCT5XlD v 1
  • Cəmiyyət

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

5 Sentyabr, 2026
Fransanın Ermənistandakı səfiri dəyişib Снимок экрана 2026-09-05 154218 2
  • Cəmiyyət

Fransanın Ermənistandakı səfiri dəyişib

5 Sentyabr, 2026
Rusiya Donetskdə bir kəndi ələ keçirib Снимок экрана 2026-09-05 145230 3
  • Cəmiyyət

Rusiya Donetskdə bir kəndi ələ keçirib

5 Sentyabr, 2026
“Sabah” uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq 5f8ca67d-489b-36c1 v 4
  • Gündəm

“Sabah” uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

5 Sentyabr, 2026
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var Снимок экрана 2026-09-05 124843 5
  • Cəmiyyət

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

5 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3080) Dünya (1050) Gündəm (3349) Kateqoriyasızlar (203) Kriminal (280) Mədəniyyət (94) Siyasət (409) Texnologiya (15) İdman (232) İqtisadiyyat (158)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.