Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
  • Siyasət

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.Dövlət başçısı Şavkat Mirziyoyevə Ümumdünya
Cavidan 18 May, 2026
Screenshot 2026-05-18 175252

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Dövlət başçısı Şavkat Mirziyoyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirib və qeyd edib ki, Özbəkistan Prezidentinin burada olması iki dövlət və xalq arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.

Şavkat Mirziyoyevlə görüşlərini xatırladan Prezident İlham Əliyev bu görüşlər əsnasında müzakirə olunmuş layihələrin həyata keçirildiyini deyib.

Dövlət başçısı Bakıda Özbəkistan parkının inşasını da qeyd edib.

Dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Şavkat Mirziyoyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib, bu tədbirin şəhərsalma mövzusuna həsr olunan mühüm qlobal məsələlərin müzakirəsinə imkan yaratdığını vurğuladı və dəvətə görə təşəkkür edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Ölkəyə hər səfərində inkişafın şahidi olduğu deyən Özbəkistan Prezidenti Azərbaycanın Qarabağda yeni şəhərlər və kəndlər saldığını məmnunluqla vurğulayıb və bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlar kimi qiymətləndirib.

Şavkat Mirziyoyev deyib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar, Vətən müharibəsində qazanılan Qələbə Prezident İlham Əliyevin səylərinin və Vətənə, xalqa sevgisinin nəticəsidir.

Xoş sözlərə görə təşəkkür edən dövlətimizin başçısı Qarabağın bərpasında Özbəkistan Prezidentinin göstərdiyi dəstəyi qeyd edib. Bu xüsusda vurğulanıb ki, Füzulidə Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Qarabağın bərpası prosesində ilk hədiyyə olub. Prezident İlham Əliyev bunu qardaşlığın, dəstəyin və həmrəyliyin təcəssümü kimi qiymətləndirib.

Söhbət zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəyə səfərləri, həmçinin görüşləri məmnunluqla xatırlanıb.

Dövlət başçılarının verdikləri tapşırıqlara uyğun olaraq iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr bir daha nəzərdən keçirilib, onların icrasından məmnunluq ifadə olunub. Bu xüsusda energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma sənayesi, əczaçılıq və digər sahələrdə olan layihələrə toxunulub.

İki ölkə arasında əlaqələrin strateji müttəfiqlik xarakteri daşıdığı vurğulanaraq bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Post navigation

Previous: Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
Next: Deputatlar Tacikistana gedirlər

Bölmənin digər xəbərləri

prezdent
  • Gündəm

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Cavidan 26 Avqust, 2026
Screenshot 2026-08-25 150832
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-24 112526
  • Gündəm

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Cavidan 24 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 026)
  • Dünya (1. 034)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (201)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq cSbeaGkhvXU090l4 v 1
  • Kateqoriyasızlar

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28 Avqust, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 20938926 2
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust, 2026
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib 6a91 v 3
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

28 Avqust, 2026
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik CGvGnWJjIAEubcz v 4
  • Dünya

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

28 Avqust, 2026
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub Iu8dpm2k v 5
  • Dünya

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3026) Dünya (1034) Gündəm (3323) Kateqoriyasızlar (201) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.