Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL
  • Siyasət

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL

Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası öz işinə başlayıb. Tədbirdə Qlobal Cənubun dünya proseslərində
Cavidan 14 May, 2026
Screenshot 2026-05-14 160259

Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası öz işinə başlayıb. Tədbirdə Qlobal Cənubun dünya proseslərində rolunun artırılması, bu böyük regionun ölkələrini narahat edən digər aktual məsələlər müzakirə olunub.

Tədbirin spikerlərindən biri beynəlxalq və regional gündəliyin əsas məsələləri üzrə rəsmi Bakının mövqeyini təqdim edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olub.

Müasir dünya nizamında Qlobal Cənubun rolu haqqında

Bugünkü dünya turbulentliyində Qlobal Cənubun rolu və əhəmiyyəti tədricən artır. H.Hacıyev qeyd edib ki, biz qlobal nizamsızlıq dövründə yaşadığımızı etiraf etməliyik: “Yeni təhdidlər, yeni çağırışlar və yeni qeyri-müəyyənliklər yaranır. Təəssüf ki, tarix boyu yeni dünya nizamı formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə də İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib. Bu gün də Qlobal Cənub ölkələri bu çatışmazlığı aradan qaldırmağa çalışırlar, çünki indiki dünya nizamı öz səmərəsizliyini göstərib.

Hazırda isə böyük potensialını və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yalnız formalaşmaqda olan yeni dünya nizamının müşahidəçisi və tamaşaçısı ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər.

Beynəlxalq institutların, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsinin eşidilməsi və onun ədalətli təmsilçiliyi əsas prioritetlərdən biri olmalıdır”.

Bununla əlaqədar H.Hacıyev vurğulayıb ki, Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir və bu region ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır: “Azərbaycan həmçinin çoxtərəfli əməkdaşlığın ardıcıl tərəfdarı olaraq qalır”.

Onun sözlərinə görə, təəssüf ki, “biz çoxtərəfli institutların və mexanizmlərin iflic olduğunu müşahidə edirik”. Buna görə də, H.Haciyevin fikrincə, beynəlxalq institutların gücləndirilməsində Qlobal Cənub ölkələrinin rolu artacaq.

Bu gün Qlobal Cənub ölkələri rəqəmsal bərabərsizlik və iqlim dəyişikliyinin nəticələri də daxil olmaqla yeni təhdidlərlə üzləşirlər. Rəqəmsal transformasiya Qlobal Cənub və Qlobal Şimal arasındakı uçurumu artırır, dayanıqlı inkişaf üçün əlavə maneələr yaradır.

Bu fonda Azərbaycan Qlobal Cənub ölkələrini həmrəyliyi gücləndirməyə çağırır. “Həmrəylik və birgə iş vasitəsilə biz ədalətli səsimizin beynəlxalq arenada daha ucadan səslənməsinə nail ola bilərik”, – H.Hacıyev vurğulayıb.

Azərbaycan həmçinin Qlobal Şimal və dünyanın digər regionları ilə əməkdaşlığın tərəfdarıdır, “lakin belə qarşılıqlı fəaliyyət ədalət və bərabərhüquqluluq prinsipləri üzərində qurulmalıdır”.

Neokolonializm problemi Qlobal Cənub ölkələri üçün aktual problemlərdən biri olaraq qalır

H.Hacıyevin sözlərinə görə, Qlobal Cənub ölkələri tarixən kolonializm və neokolonializmdən çox əziyyət çəkib, problemin özü isə indiyədək aktual olaraq qalır: “Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük”.

Neokolonializm probleminin hələ də qalmasının səbəblərinə toxunan H.Hacıyev vurğulayıb ki, bəzi ölkələr BMT-nin Dekolonizasiya Komitəsinin öz mandatını tam şəkildə yerinə yetirməsinə mane olurlar: “Biz həmçinin təəssüflə qeyd edirik ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir. Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər”.

H.Hacıyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdiyini də xatırladıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah 30 dərəcə isti olacaq
Sonrakı: Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

Bölmənin digər xəbərləri

OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026
QmBsyGYfDNOEEUoaSNCeV
  • Siyasət

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Cavidan 12 Oktyabr, 2026
IVZME0LJqPupDFt3 b
  • Siyasət

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Cavidan 9 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 274)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 1
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 2
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 3
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib 4
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib

14 Oktyabr, 2026
Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü 5
  • Texnologiya

Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3274) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 67
  • 66
  • 4. 722

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.